Prezidentin ad günü: Azərbaycan təqviminin şükranlıq səhifəsi... – Əsl komandan...
Tarix: 24-12-2023, 00:11 | Çap et
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqla münasibətdə səmimiyyətin ən ali səviyyəsini nümayiş etdirdiyindən, xalq da onunla səmimidir. Bu səmimiyyətin özünü daha çox büruzə verdiyi təqvim günləri vardır. Belə günlərdən biri də 24 dekabr - cənab İlham Əliyevin doğum günüdür.
“Heydər Əliyev ili” elan edilmiş 2023-cü il müasir Azərbaycanın tarixində həm də ölkəmizin ərazisinin erməni separatçılarından birdəfəlik təmizlənməsi ilə yadda qaldı. Bu ilin 23 aprel tarixində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması, sentyabrın 19-da lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltması, Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradda iştirakı tariximizin qürur səhifələrini daha da zənginləşdirdi. Prezident İlham Əliyev 20 ildə verdiyi vədlərin, qarşıya qoyduğu bütün vəzifələrin uğurla yerinə yetirildiyini bildirdi. Bütün bunlar Heydər Əliyev siyasətinin Azərbaycana qazandırdığı uğurların təqdimatıdır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 7 dekabr 2023-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alınıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan 2020-ci ildə baş verən Vətən müharibəsində məhz özünün güclü iqtisadi-hərbi potensialına və cəmiyyətin həmrəyliyinə əsaslanmaqla ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Ərazi bütövlüyünün təmin olunması müstəqil Azərbaycanın tarixində müstəsna önəm daşıyan bir hadisədir .
Müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 15 min kontingentə malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri sentyabrın 19-da növbəti dəfə mina terroruna əl atdılar. Nəticədə polis əməkdaşları və mülki şəxslər həlak oldular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı.
Sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbiçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə olundu. O cümlədən qanunsuz hərbi birləşmələrin böyük hissəsi tamamilə məhv edildi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Antiterror tədbirlərinin uğurla yekunlaşması Azərbaycanın hərbi və diplomatik müstəvidə qazandığı növbəti böyük uğurudur. Bunun nəticəsində ölkənin bütün ərazilərində suverenliyimiz tam təmin edilib.
Qarabağ ərazisində suverenliyimiz tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı.
44 günlük müharibənin və 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının düz 30 il qəlbində gəzdirdiyi müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən yuxarıda dayanır. Yenə də Vətən müharibəsi dövrünü yada salaq. Döyüş əməliyyatlarının başladığı ilk saatlardan ölkəmizdə yüksək həmrəylik yaşandı, o cümlədən 50-dək siyasi partiyanın təmsilçiləri birgə bəyanat imzalayaraq Ali Baş Komandanın ətrafında birləşdiklərini bəyan etdilər. Qələbəmiz də məhz Ordumuzun gücü və cəmiyyətimizin sarsılmaz həmrəyliyi nəticəsində əldə olundu.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir. Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib. İndiki starteji mərhələdə biz inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliyik ki, bunlar da növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırıb. Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir və bu seçkiləri haqlı olaraq Zəfər seçkiləri adlandırmaq olar.
Bütün bunlara görə Azərbaycan xalqı, tərəqqipərvər vətəndaşlar öz Prezidentini sevir, onun sevincinə də, qəminə də şərik çıxmağa özünü haqlı sayır və əminəm ki, 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində - Zəfər seçkilərində Ona səs verəcəklər. Azərbaycan xalqının sevdiyi, Qarabağın xilaskarı, dünyanın sayılıb - seçilən rəhbərlərindən biri olan möhtərəm Prezidentimizi ad günü münasibətilə səmim-qəlbdən şükranlıqla təbrik edir, həyatda xoşbəxtlik, Ümummilli lider Heydər Əliyevin işıqlı ideyalarını gerçəkləşdirmək, Azərbaycan xalqını firavanlığa qovuşdurmaq yolunda fəaliyyətində uğurlar arzulayıram.
Müəllif: Hafiz Hüseynov Ağcabədi rayon icra hakimiyyəti başçısı aparatının Hüquq Şöbəsinin müdiri Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
|