Aqrar Kredit və İnkişaf Agentliyi bu sahəyə NİYƏ subsidiya ayırmır ki?.. - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 22-01-2024, 08:26 | Çap et
Azərbaycanda camışların sayının günü-gündən azaldığı bildirilir.
Bunu fərdi təsərrüfatçı Kərim Kərimli sosial media hesabında yazıb.
O bildirib ki, sovetlər dönəmində Azərbaycanda bir sıra camışçılıq təsərrüfatları olsa da, get-gedə bu heyvanları saxlayanların sayı kəskin azalıb:
"Cənubi Qafqaz ölkələrindən əsasən Azərbaycan mühitinə uyğunlaşmış bu heyvanların sayının azalmasını statistik rəqəmlər də təsdiqləyir. Bir neçə il öncə ölkədəki camışların sayı 330 min idisə, hazırda bu heyvanların sayı kəskin surətdə azalmaqdadır. Əvvəl bu heyvanın inəklərə nisbəti 50% idisə indi bu nisbət 10%-dən də aşağı düşüb".
Kərim Kərimli "Arqument.az"a deyir ki, təsərrüfat sahibi olaraq ölkəyə Avropa, Hindistan və ya Pakistandan yeni yüksək məhsuldarlıqlı növlərin gətirilməsində maraqlı olmalıyıq:
"Çünki ölkəmizdə bu heyvanlar artıq cırlaşmaya doğru gedib. Məlumdur ki, adıçəkilən ölkələrdəki camışların məhsuldarlığı ölkəmizdə bəslənən heyvanların məhsuldarlıq fərqindən 3 dəfədən artıqdır. Problemin başqa çıxış yolu süni toxumlama olsa da, Dövlət Toxum Mərkəzində toxumu alınan camış kəlininin mənşəyinin nə olduğunun bilinməməsidir. Heç olmasa süni toxumun başqa ölkələrdən gətirilməsi də biz təsərrüfatçılar üçün də əlçatmaz olub".
O, Aqrar Kredit və İnkişaf Agentliyini (AKİA) bu sahəyə subsidiya ayırmamaqda günahlndırır:
"Bir neçə dəfə ölkəyə yeni yüksək məhsuldarlıqlı camış cinslərinin gətirilməsi üçün müraciət etsəm də, camışlarda inəklər kimi nəsil uçotunun aparılmasını əsas gətirərək AKİA bu sahəyə 40% subsidiya vermir. Bu da xaricdən gətirilən hər camışa 100% ödəniş etmək deməkdir. Belə hal bu sahəyə marağı olan sahibkarlara sərf etmir. Dövlət inəkləri süni toxumlayıb buzov alan fermerlərə 100 manat dəstək verir. Nə hikmətdirsə kəskin sayı azalan camışlara bu təşviq tətbiq edilmir. Sadaladığım çətinliklər müqabilində insanlarımız həm camış südünün, həm də ətinin saymaqla bitməyən faydalarından məhrum olur, bununla da onlar iqtisadi baxımdan daha az gəlir verən sahələrə yönəlirlər".
"Kənd təsərrüfatının inkişafını diqqətdə saxlayan bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi qardaş Türkiyədə illərdir ki, bu sahəyə dövlət dəstək verir. Aldığımız məlumatlara görə artıq orada camışçılıq inkişaf mərhələsindədir. Dövlət Gömrük Komitəsinin verdiyi "Xarici ticarətin vəziyyəti haqqında" arayışda Azərbaycana xaricdən gətirilən ət və ət məhsulları, süd və süd məhsulları siyahısına baxdıqda Azərbaycandan bu məhsullara il ərzində 1 milyard ABŞ dolları xərclədiyi aydın olur. Halbuki bizim ölkədə bu sahəni inkişaf etdirmək üçün kifayət qədər imkanımız var. Biz bu sahəni nəzarətdə saxlamaqla nəinki özümüzü təmin edərik, hətta özümüz xarici dövlətlərə bu məhsulları ixrac etməklə ölkəmizə valyuta gətirə bilərik".
Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci ildə yaydığı açıqlamada deyilir ki, ölkə üzrə inək və camışların sayında 0,4 faiz artım olub.
"İlkin məlumatlara görə, 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 37,1 min baş qoyun və keçi, 2 milyon 647,2 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 285,6 min baş inək və camış mövcud olub", - deyə məlumatda qeyd olunur.
Komitə vurğulayır ki, 2021-ci il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 52,6 min baş (0,6 faiz), iribuynuzlu mal-qaranın sayı 3,5 min baş (0,1 faiz) azalıb, inək və camışların sayı isə 5,1 min baş (0,4 faiz) artıb. İribuynuzlu mal-qaranın 48,6 faizini inək və camışlar təşkil edir.
2021-ci ildə hər inək və camışdan orta hesabla 1709 kiloqram (2020-ci ildə 1687 kiloqram) süd sağılıb.
Eksperlər isə ümumiyyətlə, komitənin yaydığı hesabatların şəffaflığına inanmırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29 |
|
|
|
• Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27 |
|
|
|
• "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05 |
|
|
|
• “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00 |
|
|
|
• BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50 |
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
|