“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                     Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                 

Vətəndaş Qoşqar Təhməzlinin "qida terroru" ilə üz-üzə... - oteldəki faciə AQTA-nı ifşa etdi...
Tarix: 10-05-2024, 11:18 | Çap et
Vətəndaş Qoşqar Təhməzlinin "qida terroru" ilə üz-üzə...
Bakıda "My Music" otelində 4 nəfərdən ikisinin ölümü, ikisinin ağır vəziyyətdə toksikologiya şöbəsinə çatdırılması hamını diksindirdi ki, ölkənin qida təhlükəsizliyi nəinki acınacaqlı, artıq ölümcül vəziyyətdədir. Anaxeber.info bildirir bu, əhali üçün bir həyəcan təbili oldu və istehlakçılar daha diqqətli olmağa çalışacaqlar. Çünki güvəndiyimiz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin heç də etibar edilməli qurum olmadığı bu faciəvi hadisədən öz təsdiqini tapdı. Həmin gənclərdən ikisinin toksikologiya şöbəsinə çatdırılmasından görünürdü ki, onlar zəhərləniblər. Əlbəttə, qurumlar bir-birinin üstünə atmağa, məsuliyyətdən yayınmağa çalışır, lakin hazırda mediada tirajlanan əsas məlumat gənclərin "Black Jack" viskisindən öldükləri ehtimalıdır. Maraqlıdır ki, hələ ekspertizanın nəticələri açıqlanmamış "Abşeron-Şərab" ASC özünü ortaya ataraq iddiaları təkzib etməyə, fəaliyyətini təmizə çıxarmağa can atıb. Şirkət bəyan edib ki, onların məhsulları əvəzsizdir, belə bir hadisə ola bilməz. Amma bu tələskənlik göstərir ki, ASC narahatdır. Bunun ardınca Bakıda saxta spirtli içki istehsal edilən yerlərdə əməliyyat keçirilməsi də təsadüfi deyil. Hər halda, istintaq və ekspertiza dəqiq müəyyən edəcək ki, "My Music" otelində 4 dostdan ikisinin ölümü, ikisinin ağır vəziyyətdə xəstəxanaya çatdırılmasına səbəb nə olub. Bütün hallarda isə qida, yaxud spirtli içkidən bu faktın olması ehtimalı yüksək olaraq qalır. Ona görə də baş verənlər AQTA-nın insan həyatı ilə oynayan fəaliyyətini gözlər önünə sərir. Əslində, təəccüblənmək lazım deyil. Qurumun sədri Qoşqar Təhməzli qida təhlükəsizliyinə nəzarət etməkdənsə, biznesinə nəzarəti gücləndirir. Hətta nəinki gücləndirir, getdikcə inkişaf etdirir. Jurnalist Cavanşir Həsənlinin açıqladığı yeni faktdan məlum olur ki, AQTA sədrinin başı başqa işlərə qarışıb, respublikanın qida təhlükəsizliyi isə Allahın ümidinə qalıb.
Belə ki, Təhməzlilər Bakının mərkəzində, Keykab Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı MURAD RESİDENCEdir. Yəni Murad Təhməzli Residense!
Binanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş "MURAD-T" MƏNZİL TİKİNTİ KOPERATİVİ həyata keçirir. Cavidan İmanov professor Nazim İmanovun oğludur, Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus, Cavidan İmanovun qanuni təmsilçisi olduğu "LİMAN QRUP" isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb. O 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus FTE INTERNATIONAL SOLUTIONS LLP şirkətinin də direktoru olub. Şirkət 2017-ci ildə ləğv olunub.
Jurnalist davamı olaraq qeyd edir ki, o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?!
AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reyslər və "təhlükəsizlik radarına" kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur. Ölkədə İrandan gətirilən spirtli hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir. Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışında Təhməzlinin təkzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir. Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir? Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq.
Bəs, Zaqatalada dönərdən kütləvi zəhərlənməyə nə demək olar? Bu ölkənin qida təhlükəsizliyi kimlərin əlindədir? Bəlkə AQTA-nın işinin yoxlanması vaxtı yetişib? İstisna deyil ki, qurumun əməkdaşları arasında rüşvət alıb qanunsuz hallara göz yumanlar, hansısa iaşə obyektlərinə icazəsi olmadığı halda işləməyə şərait yaradanlar var. Dəfələrlə belə xəbərlər yayılıb ki, AQTA əməkdaşları ət satılan məntəqələrdən, dönərxanalardan, müxtəlif iaşə obyektlərindən "haqq" istəməklə onların işinə "yaşıl işıq" yandırıblar. Bu da Qoşqar Təhməzlinin qurduğu idarəçilik sistemidir. Görünür ki, AQTA belə qaydalarla idarə olunur. Lakin acı nəticəsi göz qabağındadır - azı iki gənc həyatını itirdi, ikisi ölümdən döndü. Təbii ki, bu faciəvi hadisə həm ölkənin spirtli içki, həm digər qida bazarlarında araşdırmaları gücləndirməyi tələb edir. "Abşeron-Şərab" ASC isə hər nə qədər əməlinin pak olduğunu izah etməyə çalışsa da, fakt bu şirkətin məhsullarının keyfiyyətinə inam şübhə altına düşdü. İstənilən halda, alıcılar bu informasiyalardan sonra sözügedən firmanın işçilərinə etibar etməyəcəklər və marketlərdə onlardan uzaq durmağa çalışacaqlar.
Bir sözlə, Qoşqar Təhməzli qazandığı milyonlarla biznesini genişləndirməklə yanaşı, əhalinin üzləşdiyi "qida terroru"na qarşı mübarizəni də artırsın.
Ümumiyyətlə, adıçəkilən qurum qida sənayesində təhlükəsizliklə bağlı yaradılsa da, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi kimi, onun da işinə xitam veriləcəyi gözlənilir. İslahatlar paketi çərçivəsində təsis edilmiş AQTA eynilə MBNP kimi amöb bir qurum təsiri bağışlayır. Eyni zamanda sədr Qoşqar Təhməzli də ləğv edilmiş Palatanın keçmiş sədri Rüfət Aslanlının yolunu gedir.
R.Aslanlı heç bir iş görmədiyi halda, narazılıq yaratmaq və xaricdə çaxır biznesinin olması ilə ad çıxarmışdı. Bu qurumun yarıtmazlığı öz təsdiqini tapdı və prezident ləğvinə sərəncam verdi.
AQTA da effektiv fəaliyyət göstərmir və Q.Təhməzli biznesi ilə məşğuldur.
Xatırladaq ki, dostlardan ikisinin öldüyü olay Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib.
Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıb və vəziyyətləri ağırlaşıb.
Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir.

Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Dünən, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Dünən, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Dünən, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Dünən, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Dünən, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Dünən, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Dünən, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru