Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir .....                     Ermənistan müharibə hazırlıqlarını sürətləndirir .....                     “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” .....                     Paşinyanın qorxuları... .....                     İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır .....                     Pensiyası kəsilən Laçın sakini... .....                     Rusiyanın Azərbaycana qarşı qara piarı .....                     Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı .....                     Gömrükdə adama tövbələtmə oxudurlar .....                     İran özünün düşmənçilik yolundan əl çəkməsə... .....                     Gəncə Xəstəxanasından ŞİKAYƏT .....                     "Şəhid şəkillərini maşına vurub gəzmək…" .....                     Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? .....                     Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı .....                     "Xalq artistləri sakit durublar, mən də susacağam" .....                     Özünüz bilmədən adınıza kredit götürürlər .....                     Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... .....                     Vəziyyət o qədər ağırdır ki... .....                     Səlahiyyətsiz orqanlara sönük seçki: .....                     Müəllimlər üçün yeni “biznes”: .....                     Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... .....                     Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                     UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər .....                     Tanınmış rejissora ağır itki .....                     Bakının həmləsi İrəvanı hərəkətə gətirdi .....                     Biz olmasaq, Ermənistan üçün çətin olacaq .....                     Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi .....                     Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? .....                     Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü .....                     Məmurdan aylıq 2000 manat aliment tələb olunur .....                     Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... .....                     Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? .....                     Gömrük Komitəsində təqaüd qalmaqalı .....                     Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA .....                     İsmayıllıda doğuş zamanı körpə ölüb .....                     Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq .....                     Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı .....                     Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi .....                     Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib .....                 

SƏMƏD SEYİDOVU HƏDƏFƏ ÇEVRİƏN ŞOK MƏQAM
Tarix: 25-09-2012, 09:12 | Çap et
SƏMƏD SEYİDOVU HƏDƏFƏ ÇEVRİƏN ŞOK MƏQAM

RÜSİYA YANLILARI NƏDƏN ADU REKTORUNUN “QƏLƏMİNİ QIRMAQ” İSTƏYİR?

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Dillər Universiteti ali təhsil ocağında Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində aşkar olunan maliyyə pozuntuları ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi qaldırılıb. Qeyd edək ki, Baş Prokurorluq universitetdə aşkar olunan maliyyə pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi açıb.

Bildirilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəlimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb.

Bundan başqa universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Bu, məsələnin hər halda görünən tərəfidir. Görünməyən tərəfi isə tamam fərqli mahiyyətdədir. İlk növbədə cinayət işinə qədər inkişaf edən yola nəzər salaq. Xatırladaq ki, ADU ilə bağlı məlum yoxlamaların xəbərini yayarkən Hesablama Palatası aparılan təftişdə rektor Səməd Seyidovun sifarişçi olduğunu qeyd etməmişdi. Yəni ilkin məlumatda qeyd olunurdu ki, Hesablama Palatasının ADU-da apardığı yoxlamalar zamanı filan-filan cinayət faktları aşkarlanıb.

Lakin sonradan - bu informasiyalar ictimailəşəndən sonra Hesablama Palatasının açıqlaması bu dəfə redaktə olunmuş vəziyyətdə yayıldı. Məlum oldu ki, sən demə, yoxlamalar rektor Səməd Seyidovun müraciəti əsasında həyata keçirilib. Halbuki bunun belə olmadığı və Səməd Seyidovun prosesə “sifarişçi” kimi cəlb olunması daha çox rektorun sonradan cavabdehə, məlum cinayət işinin ittiham hədəfinə çevrilməsini önləmək üçün idi.

Bəs nə baş verir? Hər halda ADU-da bu məsələ ilə əlaqədar hər hansı həbs işi həyata keçirilməyib. Yəni hələlik qurbanların kimliyi məlum deyil. Sadəcə olaraq, ilk addımlar atılıb. Amma bu addımların əsas hədəfinin Səməd Seyidov olduğu faktdır. Buna bir azdan dönəcəyik. Amma bir məsələ də var ki, mütləq kimlərsə həbs olunmalıdır. Bəs kim? Yəni kim razı olacaq ki, Səməd Seyidovun əvəzindən məhbəsdə yatsın? Çünki söylənən ittihamlar o qədər konkretdir ki, bu kimi cinayət əməllərini rəhbərliyin xəbəri olmadan icra etmək sadəcə olaraq imkansızdır. Yəni əgər belə cinayət əməlləri varsa və kimsə, yəni Səməd Seyidov xaric bir kimsə həbs olunacaqsa, deməli, həmin şəxs əslində rektorunun əvəzindən azadlıqdan məhrum edilmiş olacaq.

İndi isə gələk əsas məsələyə. Nədən Səməd Seyidov “vurulur”, hədəfə çevrilir? Hər halda ilk baxışdan bu adam kifayət qədər “dişsiz fiqur” təsiri bağışlamaqdadır. Amma yenə də görüntüdəki mənzərənin aldadıcı olduğunu söyləmək zorundayıq. Bunun üçün isə 29 avqust tarixində DİA.AZ olaraq yaydığmız bir məlumatı xatırlatmaq zorundayıq.

Məlumatda deyilirdi ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun xarici siyasət idarəmizə rəhbərliyi dönəmi başa çatmaq üzərədir. Daha sonra əlavə olunurdu ki, artıq bu postda dəyişiklik qərarının verildiyini iddia edən qaynaq hətta növbəti XİN başçımızın kimliyini də açıqlayıb:

“Məlumatı verən mənbənin sözlərinə görə, Elmar Məmmədyarov birbaşa olaraq hakimiyyətin üst cinahı ilə isti münasibətlərə malik olsa da, çox mübhəm bir səbəbdən onun görəvindən alınması qərarı verilib: «Elmar Məmmədyarova «yuxarıların» münasibəti qaydasındadır və hansısa şəraitdə heç bir etimad qırıqlığı yaratmayıb. Amma maraqlıdır ki, artıq qərar verilib. Və bu səbəbə görə, XİN başçısı postunda dəyişiklikləri daha çox hazırki nazirin etimaddan düşməsi ilə yox, yeni gələn kadrın daha çox etimad qazanması ilə əlaqələndirmək lazımdır».

Mənbəmiz bildirir ki, Elmar Məmmədyarovu bu postda Səməd Seyidov əvəzləyəcək. Qeyd edək ki, Azərbaycan Dövlət Dillər Universitetinin rektorunu postunu tutan Səməd Seyidov eyni zamanda Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında heyət rəhbəri kimi də təmsil etməkdədir. Məlumatlara görə, Səməd Seyidov hələ keçən il XİN başçısı gətirilməli imiş. Bunu da mənbəmiz söyləyir:

«Amma Səməd Seyidov son parlament seçkilərində qalmaqallı şəkildə mandat aldığından belə birisinin dərhal nazir postuna irəli çəkilməsi ictimai rəydə olduqca mənfi assosasiya yarada bilərdi. Odur ki, Seyidovun XİN-ə rəhbər gətirilməsi müəyyən müddətə ertələndi»”.

Diqqət yetirin, bu xəbərlərin ardından Səməd Seyidov hədəfə çevrildi. Buna paralel olaraq isə Elmar Məmmədyarovun vəzifəsini itirəcəyi haqda informasiyaların mətbuata ötürülməsi də intensivləşdi və onun yerinə fərqli-fərqli simaların təyin ediləcəyi kimi müxtəlif versiyalar səslənməyə başladı.

Bütün bunları diqqət mərkəzində saxlayan, məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, əslində Elmar Məmmədyarovun görəvdən alınması ideyası həqiqətən mövcuddur və belə bir qərar «yuxarıların» menyusunda yer almaqdadır: «Amma bu istiqaməti ələ keçirmək istəyən bir çox kənar güclər var. Səməd Seyidov uzun müddətdir ki, müxtəlif Qərb institutları ilə işləməkdədir və onun beynəlxalq konsorsiumla da mübhəm əlaqələrinin olması istisna edilmir».

Belə bir şəraitdə Rusiyanın Azərbaycanda xarici siyasət idarəsini Qərb meyilli bir fiqurun rəhbərliyi altına verilməsini sükutla müşahidə etməyəcəyini bildirən mənbəmiz əlavə etdi ki, məhz bu səbəbdən Səməd Seyidov adı bu şəkildə ləkələndi: «Artıq belə bir fiqurun nazir postuna ən azından yaxın bir il ərzində gətirilməyəcəyi hər kəsə aydındır. Bu sarıdan Rusiya ən azından vaxt qazanmış oldu. Və bu işdə Rusiyayönlü hakimiyyətiçi qüvvələrin müstəsna xidmətləri var».

Mənbəmiz bildirir ki, Elmar Məmmədyarovun yerinə öz namizədini hazırlayan Rusiya yanlıları əgər qısa müddətdə bu dəyişikliyi həyata keçirə bilməyəcəklərsə, o zaman Səməd Seyidovun başı bu dəyişiklik baş tutana qədər həmişə qalda olacaq: «Onun yollarını istənilən halda bağlayacaqlar. Əgər birbaşa olaraq prezident ona dəstək vermiş olarsa, o zaman situasiya tamam ərqli olacaq. Amma görünəni odur ki, artıq Hesablama Palatasının xətti ilə Səməd Seyidovu hətta ən üst düzəyin gözündə də etimaddan salıblar».

Mövzu diqqətimizdədir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərdoğan prezident seçkiləri sorğusunda liderlik edir
Bu gün, 06:23
Ermənistan müharibə hazırlıqlarını sürətləndirir – Sərhəddə gərginlik artdı
Bu gün, 06:20
“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
Bu gün, 01:41
Paşinyanın qorxuları... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:37
İrəvan “böyük oyun”a qoşulur: Plan hazırdır - Görünəni odur ki...
Bu gün, 01:34
Pensiyası kəsilən Laçın sakini... - Rəsmilərsə deyir ki...
Bu gün, 01:32
Rusiyanın Azərbaycana qarşı qara piarı - BU FAKTDIR!
Bu gün, 01:28
Məşhur xalq artistinin oğlu FHN-dəki yüksək vəzifəsindən ayrıldı - BUNA GÖRƏ
Bu gün, 01:23
Gömrükdə adama tövbələtmə oxudurlar - NARAZILIQ VAR...
Bu gün, 01:21
İran özünün düşmənçilik yolundan əl çəkməsə... - GƏLİŞMƏ
Bu gün, 00:12
Gəncə Xəstəxanasından ŞİKAYƏT - “Həkim başını telefondan qaldırmır”
Bu gün, 00:10
"Şəhid şəkillərini maşına vurub gəzmək…" - deputat
Bu gün, 00:07
Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Dünən, 23:22
Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Dünən, 23:16
"Xalq artistləri sakit durublar, mən də susacağam"
Dünən, 21:34
Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Dünən, 21:32
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Dünən, 19:10
Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Dünən, 19:02
Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Dünən, 19:00
Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Dünən, 18:58
Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Dünən, 18:17
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Dünən, 18:11
UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Dünən, 18:07
Tanınmış rejissora ağır itki
Dünən, 18:02
Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Dünən, 18:00
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Dünən, 17:59
Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Dünən, 17:52
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:47
Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Dünən, 17:40
Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Dünən, 17:31
Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:18
Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Dünən, 17:11
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Dünən, 17:07
Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:02
Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Dünən, 17:01
İsmayıllıda doğuş zamanı körpə ölüb
Dünən, 16:51
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Dünən, 16:50
Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Dünən, 16:49
Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Dünən, 16:47
Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:42
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Dünən, 16:34
Suriya və Ermənistan arasında razılaşma - KİV
Dünən, 16:28
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Dünən, 16:14
Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Dünən, 16:13
"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Dünən, 16:04
Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Dünən, 16:03
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Dünən, 15:58
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Dünən, 15:57
"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Dünən, 15:52
Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru