Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                     "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" .....                     Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı .....                     Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? .....                     “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" .....                     Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək .....                     Azərbaycanda bank faizləri çox yüksəkdir... .....                     20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib .....                     Bakı, Tiflis və İrəvan arasında nə baş verir? .....                     Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ .....                     Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var .....                     Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... .....                     Azərbaycanda karqo şirkəti .....                     Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi .....                     Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib .....                     Moskvadan Bakıya YENİ TƏKLİF: .....                     Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir .....                     Tələbələr "TələbəPlus" kartından narazılıq edir .....                     On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! .....                     Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ .....                     Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil .....                     İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... .....                     Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: .....                 

Dalana dirənmiş “MTN işi” davam etdiriləcək – zərərçəkənin şikayəti
Tarix: Dünən, 15:11 | Çap et
Dalana dirənmiş “MTN işi” davam etdiriləcək
Sabah-30 yanvarda Bakı Apellyasiya Məhkəməsində “MTN işi” üzrə zərərçəkənlərin bir qisminin şikayətinə baxılacaq. Vaxtilə yolu MTN-dən düşmüş, bu gün də məhkəmə qapılarında qalan şikayətçilər deyir ki, Nərimanov Rayon Məhkəməsində icraçıların qanunsuz və əsassız, cinayətə bərabər qərarlarını heç bir əsas olmadan qüvvədə saxlayıblar. Düşünüblər ki, apellyasiya instansiyasında illər sonra nəhayət, ədalətli qərar alacaqlar. Lakin apellyasiya şikayətlərinə baxılarkən də qanunsuz verilmiş qərarın qüvvədə saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov işə qanunsuz müdaxilə etməsi və ilkin instansiyada çıxarılan qərarın qüvvədə saxlanılmasında maraqlı tərəf kimi çıxış etməsini müşahidə ediblər. Zərərçəkənlər bunu deməkdən çəkinmir və hətta Mübariz Əkbərovun özünə də bu barədə şikayətlərində yazıblar.

Bakı Apellyasiya Məhkəməsi isə bu iddianı təkzib edir.

“MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərov Musavat.com-a demişdi ki, şikayətlərinə baxılarkən qanunsuzluqlara yol veriləcəyindən narahatdırlar. Onun sözlərindən məlum olmuşdu ki, Nərimanov Rayon Məhkəməsində çıxarılmış qanunsuz və əsassız qərarın apellyasiya instansiyasında da heç bir əsas olmadan qüvvədə saxlanılacağı barədə qarşı tərəfdən məlumat alıblar. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun qanunsuzluqlara şərait yaratmasına etiraz edib, bununla bağlı ölkə rəhbərliyinə, Ali Məhkəmə sədrinə və digər səlahiyyət sahiblərinə yazılı müraciət etməklə tədbir görülməsini istəyiblər. Hüseyn Səfərov veriləcək qanunsuz qərara etiraz olaraq məhkəmə binası önündə intihar edəcəyini də açıqlamışdı. Demişdi ki, Bakı Apellyasiya Məhkəməsində baş verən qanunsuzluqlar, məhkəmə sədrinin prosesə qanunsuz müdaxiləsi onları intihar həddinə gətirib.

Onun sözlərindən sitat: “İllər öncə MTN-də başımıza açılan oyunları bu gün Bakı Apellyasiya Məhkəməsində Mübariz Əkbərov davam etdirir. Mübariz Əkbərov Bakı Hərbi Məhkəməsinin zərərçəkənlərə vurulmuş ziyanın qarşılanması haqda qərarında göstərilən növbəlilik prinsipinə məhəl qoymayan Nərimanov Rayon Məhkəmə icraçılarının özbaşına, Bakı Hərbi Məhkəməsinin qərarını heçə sayan əməllərinə qanuni don geyindirməyə həvəslənib. Bu qanunsuzluq baş verərsə, mən Mübariz Əkbərovun cinayətə bərabər qərarına etiraz olaraq Bakı Hərbi Məhkəməsinin önündə intihar edəcəyəm. Bizə başqa yol qoymurlar”.

Zərərçəkənlərin apellyasiya instansiyasına təqdim etdikləri şikayət ərizəsində Nərimanov Rayon Məhkəmə icraçılarının Bakı Hərbi Məhkəməsinin hökmünü bir kənara tullayıb icra işini öz maraqlarına uyğun şəkildə, qanunsuz icra etmələrinin qarşısının alınmasını tələb edirlər. Deyirlər ki, sosial şəbəkədə Nərimanov Rayon Məhkəməsində üzləşdikləri qanunsuzluq barədə çıxışlar etdikdən sonra məhkəmə sədrinin köməkçisi Emin telefonla Hüseyn Səfərovla əlaqə saxlayıb. Ona “burada (Nərimanov Rayon Məhkəməsində) qəbul edilmiş qərarın üzərində dayanacağam və nə qədər lazımdırsa, pul verib apellyasiyada da qərarı qüvvədə saxlayacağam” deyib. Zərərçəkənlər qeyd edirlər ki, şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən proseslərdə Nərimanov Məhkəmə sədrinin köməkçisinin sözlərinin həyata keçəcəyini müşahidə ediblər. Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesinin obyektivliyinə və şəffaflığına ciddi şübhələr yarandığından sədr Mübariz Əkbərova yazılı müraciət etməklə qanunsuzluqların önlənməsini xahiş ediblər. Hüseyn Səfərov demişdi ki, Mövlam Şıxəliyev və digərlərinin işi üzrə 2023-cü ilin mart ayında Bakı Hərbi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarları qanuni qüvvəsini alıb. Bundan sonra qərar üzrə icra sənədi Nərimanov Rayon İcra Şöbəsinə təqdim edilib. Lakin bu qərarın icrası məqsədli şəkildə ləngidilib, icra məmurları şəxsi maraqlarına uyğun hərəkət edib və qərarların qanunsuz şəkildə dəyişdirilməsi üçün müdaxilələrə yol veriblər. Buna görə də Nərimanov Məhkəməsinə müraciət etməklə icra məmurlarının qanunsuzluğuna son verilməsi tələbi ilə çıxış ediblər. Nərimanov Məhkəməsi şikayətlərini təmin etməyib. Ona görə də ölkə rəhbərliyindən xahiş ediblər ki, işin şəffaf və qanuni qaydada araşdırılması təmin olunsun. Bakı Apellyasiya Məhkəməsindəki qanunsuz müdaxilələrə son qoyulması üçün göstəriş verilsin. Hüseyn Səfərov baş verən qanunsuzluqlardan sarsıldığını, intihar həddinə çatdırıldığını və elə məhkəmə binası önündəcə baş verənlərə etiraz olaraq intihar edəcəyini də gizlətmir. O, baş verənlərlə bağlı video vəsiyyət hazırladığını, qanunsuzluq edən hər kəsin əməllərini vəsiyyətində sadaladığını qeyd edib.

Qeyd edək ki, Mövlam Şıxəliyev MTN İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə şöbə rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunurlar. İttihamda bildirilib ki, Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib. 21 sentyabr 2022-ci ildə, iş üzrə Bakı Hərbi Məhkəməsində çıxarılıb. 2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi 2023-cü ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apellyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdilər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Baş Prokurorluq da bu qərardan narazı idi, cinayət yolu ilə əldə olunan əmlakların müsadirəsi tələb olunurdu. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərin iddiasını təmin edib.

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17
Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13
Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02
Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58
Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54
Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49
Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48
Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02
Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00
On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58
Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20
Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15
İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14
Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05
"Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02
Avropa İttifaqı Bakıya qarşı yeni gərginlik yaradır - FAKT BUDUR!
Bu gün, 12:59
İsveçdə Quran yandırma aksiyalarının təşkilatçısı öldürülüb - SVT
Bu gün, 12:57
Səbzəliyev qardaşları ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 12:50
Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb - VİDEO
Bu gün, 12:47
Metroda gedişhaqqı azaldılır? – Tarif Şurasının qərarı ilə…
Bu gün, 12:41
Niyazi Mehdi reanimasiyaya yerləşdirildi - "10 gündür səhhətində ciddi problem var"
Bu gün, 12:38
“Azərsun Holdinq”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:36
“Rusiyadan Bakıdakı agentlərə sifariş verilib ki...” – Sabiq nazirdən ŞOK AÇIQLAMA
Bu gün, 12:31
Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq
Bu gün, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru