Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                     Şahin Bağırov generala yeni müavin təyin etdi .....                     "Uşaqlara tək baxa, başsız qala bilmərəm..." .....                     Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ .....                     Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib .....                     Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi .....                     ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi .....                     Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... .....                     “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır .....                     Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir .....                     İcra başçısının keçmiş müavini vəfat etdi .....                     Xüsusi təyinatlılar Xocalıda: 1991 .....                     Ermənilərin xilas yolu... .....                     AMEA-da bir neçə institut ləğv olunub? .....                     Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ .....                     BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... .....                     Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir .....                     Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? .....                     Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? .....                 

Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Tarix: Bu gün, 08:26 | Çap et
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq?
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə Bakıda “Rus evi”nin bağlanması və “Sputnik-Azərbaycan” agentliyinin ləğvi fonunda ölkələrin münasibətləri ilə bağlı sualı cavablandırarkən deyib ki, Azərbaycan “Rusiya ilə müttəfiqliyin vacibliyini anlayır” və Moskva “Bakının gələcək addımlarında bunu rəhbər tutacağını gözləyir”. Qaluzin əmin olduğunu bildirib ki, Bakı “Rusiya ilə Azərbaycan arasında müttəfiq əməkdaşlığın vacibliyini anlayır”. “Ümid etmək istərdim ki, azərbaycanlı tərəfdaşlarımız gələcək addımlarında münasibətlərimizin bütün spektri baxımından liderlərimizin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini dərk edərək rəhbər tutacaqlar”, - deyə o əlavə edib.

“Yeni Müsavat” qeyd edir ki, Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190" tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra münasibətlərdə gərginlik yaranıb. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u yaralanıb. Ekipaj üzvləri də daxil olmaqla, onlardan 42-si Azərbaycan vətəndaşı olub. Nazir müavininin "Bakı Rusiya ilə müttəfiqliyin vacibliyini anlayır və gələcək addımlarında bunu rəhbər tutacağını gözləyir", “Ümid etmək istərdim ki, azərbaycanlı tərəfdaşlarımız gələcək addımlarında liderlərimizin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini dərk edərək rəhbər tutacaqlar” kimi mesajını necə oxuyaq?

Deputatın Elman Nəsirovun “Yeni Müsavat”a bildirdiyinə görə, 2022-ci ilin fevralından Bakı-Moskva münasibətləri öz xarakterinə görə fərqlənir: “Bu əlaqələr müttəfiqlik və qarşılıqlı fəaliyyətdən ibarətdir. Azərbaycan mehriban qonşuluq siyasətinə həmişə sədaqətli olub. Ancaq o demək deyil ki, milli maraqlarımıza ziddi proseslərə göz yummalıyıq. Azərbaycan ləyaqətli bir dövlətdir, heç bir ölkənin daxili işlərinə qarışmır, özünə münasibətdə də bunu tələb edir”. Onun fikrincə, Rusiya Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidir: “Bu məntiqlə yanaşdıqda "Rus evi" və “Sputnik Azərbaycan”ın bağlanması məhz qanun çərçivəsində atılan addındır. Yəni Rusiyaya qarşı addım kimi təqdim olunmalı deyil. Təəssüf ki, bəzi Rusiya telekanalları, mətbuat orqanları bunu Bakının Moskva əleyhinə hərəkəti kimi dəyərləndirir. Amma Rusiya ilə əlaqələrimiz yüksək səviyyədədir. Sadəcə, müttəfiqlik o anlama gəlmir ki, Rusiyanın daxili işlərimizə qarışmasına dözə bilərik". Deputat Qaluzinin çıxışını şərh edərək bildirir ki, bəli, Azərbaycan müttəfiqliyin vacibliyini anlayır: “Lakin müttəfiqliyə zidd olan addımlara təmkinli yanaşa bilmərik. Müttəfiqlik qarşılıqlı olmalıdır. Azərbaycan da Rusiyadan bərabərhüquqlu tərəfdaş kimi mövqe sərgiləməyini gözləyir”.

Siyasi ekspert Fuad Əliyev Rusiya-Azərbaycan münasibətlərinin indiki dövrünü periodik soyuqluq kimi qiymətləndirir. Onun qənaətinə görə, yaxın zamanlarda əlaqələrdə ilıqlaşma müşahidə ediləcək: “Rəsmi səviyyədə tərəflər ehtiyatlı çıxış edirlər. Siyasətçilər, ekspertlər, deputatlar, media nümayəndələri daha çox "qılıncları çəkiblər". Bir müddət sonra bu abı-hava dəyişəcək. Hazırda bildiyim qədər ikitərəfli diplomatik danışıqlar gedir və inanıram ki, anlaşılmazlıqlar tezliklə aradan qalxacaq. Bunun alternativi də yoxdur. Biz daimi qonşularıq və gərginliyin tempinin artması nə Bakı, nə Moskvaya sərf edir".

F.Əliyev Qaluzinin sözlərində iki məna axtarır: “Burada həm xatırlatma mesajı var, yəni 22 fevral sənədinə adekvat mövqe sərgilənməsi bizdən gözlənilir, həm də həssaslıq hiss olunur, Lavrovun müavini diplomat kimi danışıb. Hər halda, hansısa sənədi və ya öhdəliyi yadımıza salmağa ehtiyac yoxdur. Azərbaycan üzərinə düşən öhdəliklərə sadiqdir, qarşı tərəfin də həmin bəyannaməyə uyğun davranmasını istəyirik”.

Ekspert “Sputnik Azərbaycan”la bağlı verilən qərarı düzgün hesab edir: “Əvvəla, burada Rusiyaya demarş yoxdur. Bunu Kremldə yanlış qəbul edirlər. Söhbət Rusiyadakı ermənipərəst dairələrin Bakıda olan qol-qanadından gedir. Simonyan kimdir ki, onun burada mediası belə fəaliyyət göstərsin? Onun hansı çıxışlar etdiyini yaxşı bilirik. Ona görə də narahatlığa əsas görmürəm, Rusiya-Azərbaycan münasibətləri yaxşılaşmalıdır. Sadəcə, təyyarənin vurulması ilə bağlı gözləntilərimiz var, o tələblər yerinə yetirilməlidir ki, daha tez müddətdə münasibətlər düzəlsin”.

Yada salaq ki, “Rossiya Seqodnya”nın (Sputnik) Azərbaycan nümayəndəliyi ləğv edilib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Daha əvvəl isə Bakıdakı "Rus evi" fəaliyyətini dayandırıb və artıq yerləşdiyi binanı boşaldıb. Mediada bu mərkəzin “casus yuvası” olduğu haqda iddialar səslənib. Mərkəzi ofisi Moskva şəhərində yerləşən “Sputnik” İnformasiya Agentliyinə gəlincə, onu “Rossiya seqodnya”nın baş direktoru Dmitri Kiselyov idarə edir. Onun müavini ermənilər arasında populyar jurnalist kimi tanınan Marqarita Simonyandır. “Sputnik Azərbaycan” 2015-ci il may ayının 25-dən fəaliyyət göstərir. Digər tərəfdən, “Sputnik”in Ermənistanda da redaksiyası mövcuddur. “Sputnik Armenia”da dərc olunan məqalə və xəbərlərə nəzər saldıqda, mətbuat orqanının açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxdığını görmək mümkündür. Nəzərə alsaq ki, bu media orqanı tamamilə Rusiya dövlət büdcəsindən maliyyələşir, deməli, Moskva ya “Sputnik”in ölkəmizə qarşı fəaliyyətini təşviq edir, ya da buna göz yumur. Təsadüfi deyil ki, 2016-cı ilin aprel döyüşləri zamanı “Sputnik”in Azərbaycan və erməni versiyaları demək olar ki, eyni mövqedən - Ermənistanın maraqlarından çıxış edirdi. Dekabrın 25-da Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzaya uğradığı ilk saatlardan isə nəşr feyk xəbərlər paylaşdı. Dekabrın 26-da dərc olunan “Azərbaycan Hava Yolları”nın təyyarəsini HHM vasitələri vura bilməzdi - ekspertlər" sərlövhəli yazıda hadisənin baş vermə səbəbləri bilərəkdən və qəsdən təhrif olunur. Dekabrın 26-da dərc olunan “Ekspert təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı ehtimalını açıqladı” adlı məqalədə isə qəzaya səbəb kimi qətiyyətlə quş dəstəsi ilə toqquşma versiyası önə sürülür. Halbuki hələ dekabrın 25-i axşam saatlarında təyyarənin üzərindəki dəliklərin əks olunduğu görüntülər üzə çıxmış, hadisə şahidləri həmin videoları Azərbaycan rəsmilərinə təqdim etmişdilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33
Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır - TƏFƏRRÜAT
Bu gün, 11:31
Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? - özü AÇIQLADI
Bu gün, 11:28
İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Bu gün, 11:25
Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... - Baş nazir tənqid olunur
Bu gün, 10:15
44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… - Hekimyan
Bu gün, 10:11
"Mən də oturmaq, gəzmək istəyirəm" - ÇARƏSİZ VƏTƏNDAŞ YARDIM İSTƏYİR
Bu gün, 10:05
Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…
Bu gün, 10:01
Trampın əlindəki qançırın sirri - Ağ Ev səbəbini AÇIQLADI
Bu gün, 09:54
Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Bu gün, 09:52
"Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41
Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru