Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır?
Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır?Bu gün, 07:03 |
Rusiya xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları suallar doğurur. Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Sergey Lavrovun Zəngəzurda Rusiyanın mövcudluğunun genişləndirilməsi perspektivləri ilə bağlı fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Moskvanın bu mövzuda atdığı addımları Ermənistan dəstəkləməyib və bundan sonra da dəstəkləməsi ehtimalı yoxdur: “Zəngəzur dəhlizinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına verilməsi nəzərdə tutulmuşdu. Bu proses üçtərəfli bəyanatın 9-cu maddəsində əks olunmuşdu. Ancaq Ermənistanın bu təklifə qarşı çıxması Rusiyanın dəhliz üzərində nəzarət ambisiyalarını çətinləşdirib. Üstəlik, Ermənistan ABŞ-la hərbi əməkdaşlıq müqavilələri imzalayaraq və Avropa Birliyi missiyasını Azərbaycan-Ermənistan sərhədinə dəvət edərək, Rusiyanın regiondakı təsirini daha da zəiflədib”. Turab Rzayev qeyd edib ki, Ermənistan artıq Zvartnots hava limanından və İranla sərhəddən rus sərhədçiləri çıxarıb: “Bu, Ermənistanın Rusiyanın təsirindən uzaqlaşaraq Qərb ölkələri ilə yaxınlaşmaq istədiyini göstərir. İndi Ermənistanın Zəngəzur dəhlizində Rusiyaya tam nəzarət imkanı verməsi real görünmür”. Politoloq əlavə edib ki, əksinə, İrəvan ABŞ sərhədçilərini Ermənistana gətirir və AB missiyasının mandatını uzatmağa hazırlaşır: “İrəvan KTMT-də iştirakını dondurubsa, AB üzvülüyü ilə bağlı prosesi başlatmağa hazırlaşırsa, NATO ilə hərbi əməkdaşlığa can atırsa, o zaman Zəngəzurda Rusiyanın hərbi mövcudluğu real görünmür. Moskva regionda təsirini artırmaq üçün Zəngəzur dəhlizinə nəzarət etməyi prioritet sayır. Eynilə, Rusiya Xankəndidə konsulluq açmaq istəyini də ifadə edib. Bu açıqlama da həmin istək silsiləsindən ola bilər. Lakin reallıq fərqlidir”. Geri qayıt |