Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Əfv və ya amnistiya olacaq?
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Əfv və ya amnistiya olacaq?

Əfv və ya amnistiya olacaq?


Dünən, 00:02
Əfv və ya amnistiya olacaq?
Hər il xüsusilə bayramlar ərəfəsində vətəndaşlar növbəti əfv sərəncamı və amnistiyanı səbirsizliklə gözləyirlər.

Novruz bayramına hələ bir neçə həftə qalmasına baxmayaraq, növbəti əfv sərəncamı və yaxud amnistiyanın olub-olmayacağı müzakirə edilir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, bu barədə qəti fikir söyləmək çətindir:

“Çünki Novruz bayramına hələ 2 ay qalıb. Digər tərəfdən, hələ Əfv komissiyasının iclasları başlamayıb. İclasın vaxtı ancaq komissiya sədrinin səlahiyyətlərindədir. Ancaq komissiyanın katibliyi ilboyu işləyir.

Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru da daim işləyir və daxil olan müraciətlərlə bağlı müvafiq arayışlar hazırlayır. Ötən illərin təcrübəsini nəzərə alsaq, əfv sərəncamı Novruz bayramı və yaxud may ayında olur. Ötən il əfv sərəncamı may ayında olmuşdu”.

O bildirib ki, bu, 1995-ci ildən bəri 70-ci əfv sərəncamı olub:

“Əfv hüququ Prezidentin müstəsna konstitusion səlahiyyətidir. O ki qaldı amnistiya məsələsinə, bu, Milli Məclisin qəbul edəcəyi aktdır və məndə amnistiya ilə bağlı məlumat yoxdur. Ancaq bütövlükdə Azərbaycanda aparılan siyasətin mərkəzində insan dayanır.

Azərbaycan Prezidentinin fəaliyyətində hər zaman humanizm, mərhəmət prinsipləri mühüm yer tutur. Bu, dayanıqlı və davamlı prosesdir. Əfv sərəncamı məhz bu humanizm prinsipinin nümunələrindəndir. Eyni zamanda, amnistiya aktının qəbul edilməsi də Azərbaycan dövlətinin humanizm prinsiplərinə söykəndiyini göstərir”.

Həmsöhbətimiz qeyd edib ki, hüquq-müdafiə təşkilatları hər zaman əfv sərəncamının olmasını səbirsizliklə gözləyirlər:

“Əgər əfv olacaqsa, ən azı 1-2 ay əvvəl iclasların başlaması praktikası olur. Əfv Komissiyası Prezidentin konstitusion hüququnun həyata keçirilməsində bir strukturdur, texniki-təşkilatı dəstəyi həyata keçirir. Ancaq qərar qəbul etmək, kimlərin əfv olunacağı barədə sərəncam vermək Prezidentin müstəsna konstitusion səlahiyyətlərindəndir”.

Geri qayıt