Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Çin İrəvana "sarı işıq" yandırıb
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Çin İrəvana "sarı işıq" yandırıb

Çin İrəvana "sarı işıq" yandırıb


25-01-2025, 16:18
Çin İrəvana "sarı işıq" yandırıb
Çin Ermənistanla əlaqələrin inkişafı məsələsində gözləmə mövqeyi tutub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Çindəki keçmiş səfiri Sergey Manasaryan deyib.

Çinin İrəvana 7 aya yaxındır səfir təyin etməməsinə münasibət bildirən Manasaryan bunun normal hal olmadığını vurğulayıb:

"Normal praktika ondan ibarətdir ki, vəzifəsini tərk edən səfir hakimiyyətə yeni namizədin adını təqdim edir və sonra postdan gedir. Amma bu baş verməyib və artıq 6 aydan çoxdur ki, səfir yoxdur. Bu, problemin olduğuna işarədir. Problemin nə qədər ciddi olduğunu zaman göstərəcək”.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Çinlə bağlı mövqeyi dəyişməyib:

“İrəvan Tibet, Tayvan və uyğur məsələlərində Çini dəstəkləyib, eyni zamanda digər ölkələrlə münasibətləri inkişaf etdirib. Şəxsi fikrimə görə, hamı ilə dil tapmağa çalışdığımız dövrlər geridə qalıb. İndi dəqiq qərar vermək lazımdır – kimlə birgə addımlayırsan və necə yaşamağa davam edirsən”.

Keçmiş səfir qeyd edib ki, Çin postsovet ölkələri ilə münasibətləri belə qurur:

“Pekin üçün həmin ölkələrin Moskva ilə münasibətləri bir növ "lakmus kağızı" rolunu oynayır. Əgər münasibətlər normaldırsa, bu, Çin üçün "yaşıl işıqdır" və Pekin fəal şəkildə əlaqə qurur. Əks halda, bu, həmin ölkənin Qərbə meyilləndiyi anlamına gəlir ki, bu da Çin üçün "qırmızı" olmasa da, "sarı işıq"dır. Fikrimcə, hazırda çinlilər üçün "sarı işıq" yanır və onlar bizim hansı istiqamətə gedəcəyimizi gözləyəcəklər”.

Xatırladaq ki, Çinin Ermənistandakı əvvəlki səfiri Fan Yun iyul ayında öz missiyasını başa çatdırıb və o vaxtdan bəri bu vəzifə boş qalır.

Geri qayıt