Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI...

Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI...


27-01-2025, 15:57
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI...
Bir statusda oxudum. "Adam" utanmadan və çəkinmədən yazır ki, səhvi nəticəsində ölən və ya şikəst olan şəxslərə görə - HƏKİMLƏR məsuliyyətə cəlb olunmasın. Fikrini də belə əsaslandırır ki: "Azərbaycanda yaxşı həkim" qalmayacaq,çoxu xaricə qaçıb gedəcək və s.
Həmişə demişəm bizdə də öz işini vicdanla görən,peşəkar və vicdanlı həkimlərdə var. Öz müalicə və əməliyyatım zamanı da bu halla dəfələrlə rastlaşmışam. Lakin, çox azdır. Mən özüm də yarıtmaz bir həkim məsuliyyətsizliyi nəticəsində sağlamlığıma ziyan dəyib. Qeyd olunan statusun özü belə həmin şəxsin hansı səviyyədə olmasını və həkimləri qanunsuz əməllərə sövq edilməsini sübut edir:
Siz nə təklif edirsiniz? Söhbət yaxşı, peşəkar vicdanlı həkimlərdən söhbət getmir. Az olsa da belə həkimlər var. Ancar xəstələri yanlış müalicələr və əməliyyatlar edən, onları şikəst edən və öldürən, quldur kimi soyan həkimlər məsuliyyət daşımasınmı?Onsuz da çoxları bu məsuliyyətdən məlum yollarla çox yaxşı qaça bilir. İstər həkim olsun, istərsə də digər peşə sahibləri olsun, etdiyi əməllərə görə müvafiq məsuliyyət daşımalıdırlar.Həkim qalmayacaq deyə, insanları şikəst efən, öldürən həkimlər nədən məsuliyyətə cəlb olunmasın? Bu hüququn əsas təməl prinsipidir. Hər bir şəxs etdiyi qanunsuz əməllərinə görə məsuliyyət daşımalıdır. Azərbaycanda da həkim olacaq, vicdanlı, peşəkar və işini sevən həkimlər var, olacaq.
"Adam" sanki,de-fakto toxunulmazlıqhüququ olan həkimlırin, de-yure də toxunulmazlıq hüququnu təbliğ edir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.top)

Geri qayıt