Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı
İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı28-01-2025, 17:49 |
Bir nəfəri Fövqəladə Hallar Nazirliyində (FHN), bir nəfəri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) işə düzəldəcəyini vəd edərək aldadan şəxs hakim qarşısına çıxarılıb. Onun vəzifəli şəxslər adından rəsmi sənədlər hazırladığı da məlum olub. Musavat.com xəbər verir ki, 55 yaşlı Məzahir Məmmədova qarşı Cinayət Məcəlləsinin dələduzluq və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama maddələri ilə ittiham irəli sürülüb. O, Zakir Məmmədovdan oğlu Elnur Məmmədovu FHN-də işə düzəldəcəyi adı ilə aldadaraq 5500 manat pul alıb. Hətta zərərçəkmiş şəxsə FHN tərəfindən verilməli olan rəsmi sənədləri də saxtalaşdıraraq, özü hazırlayaraq təqdim edib və bununla da özünə vaxt qazanıb. İkinci zərərçəkmiş Mövsüm adlı şəxsdən ETSN-də yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu deyərək pul alıb. Həmin pulun qarşılığında onu ETSN-in Xaçmaz rayonunda yerləşən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis müavini vəzifəsinə işə düzəldəcəyini vəd edib. Buna görə ondan 10 min manat alıb. Həmin şəxsə də nazirliyin təqdim etməli olduğu rəsmi sənədləri saxtalaşdıraraq təqdim edib. Saxta sənədləri vəzifəli şəxslərin adından imzalayıb. Təqsirləndirilən şəxs ifadəsində daha əvvəl bir neçə dəfə dələduzluq əməlinə görə məhkumluq həyatı yaşadığını deyib. Bildirib ki, zərərçəkmiş Zakir Məmmədovun oğlu Elnuru taksidə tanıyıb: “Taksidə rayona gedirdik. Aramızda söhbət başladı. Elnur əsgərlikdən gəldiyini, FHN-ə işlə bağlı müraciət etdiyini dedi. Ona FHN-də işlədiyimi, kömək edə biləcəyimi dedim. O da mənə inandı. Onu daha da inandırmaq üçün telefonla ayrı-ayrı şəxslərə yığıb guya Elnurun işi ilə maraqlandığımı, həll olacağını dedim. Elnur nömrəmi götürüb getdi. Sonra atası mənə zəng etdi. Danışıb, işi həll edəcəyimlə bağlı razılaşdıq. Bakıda görüşüb pulu aldım”. O, FHN adından saxta təqdimat da düzəltdiyini etiraf edib: “Sənədi Zakirə göndərdim. Amma Zakir saxta olduğunu başa düşdü. Ona dedim ki, FHN-də olan işçi bu səhvləri etdiyinə görə işdən çıxarılıb. Bildirdim ki, sənəd poçtla gələcək. Sonra yeni sənədi düzəldərək Bakıda poçta gedib Ağcabədiyə, Zakirə göndərdim. Zakir poçtdan sənədi götürəndən sonra mənə zəng etdi. Ondan 2800 manat da istədim. Dedi ki, rəsmi şəxsləri görməsə, pulu verməyəcək. Bakıya gələndə FHN-ə getmək istədi. Yalandan komissiya olduğunu dedim. Sonra Rauf adlı tanışıma zəng etdim. O da yalandan dedi ki, iş düzələcək. Sonra yenə uzandı. Zakir pulunu tələb etdi, kredit ödədiyini söylədi. Ona əvvəlcə kredit ödəməsi üçün 400 manat verdim. Sonra da 1500 manat bir, 1300 manat da bir taparaq pul verdim. Qalan məbləği qaytara bilmədim”. Digər zərərçəkmiş Mövsüm adlı şəxsi isə ETSN-də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis müavini vəzifəsinə düzəltmək üçün 10 min manata razılaşıblar. Yenə də zərərçəkmiş şəxsdən pul aldıqdan sonra ona kompüterdə saxta bildiriş və təqdimat hazırlayaraq, üzərinə möhür işarəsi çəkərək poçt vasitəsilə Mövsümün yaşadığı ünvana göndərib. Zərərçəkmiş şəxslərin pulu ödənilməyib. Hər iki şəxs Məzahirdən şikayətçi olub. Məzahir isə əməlindən peşman olduğunu deyərək məhkəmədən yüngül cəza istəyib. Məhkəmənin hökmü ilə Məzahir 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |