Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki...
Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki...29-01-2025, 14:02 |
Əziz oxucu, mövzuya bir az uzaqdan başlayacam. 2014-cü ildə təxribat qrupunun uğursuz üzvü Mamikon Xodjoyan Azərbaycan tərəfindən əsir götürülmüşdü. 77 yaşlı kişi bir aydan çox Azərbaycanda qaldı, müalicə aldı, hökumətin verdiyi yeməklər sayəsində səhhəti yaxşılaşdı, sonra Ermənistana qaytarıldı. Və o, bizdə dincələn zaman erməni tərəfi onu böyük səylə “əzabkeşə” çevirirdi: “qaniçən azərbaycanlılar amansızcasına işgəncə verir, qollarını və ayaqlarını sındırır, tövlədə ifadə verməyə məcbur edir, duzda yatırdırdılar” və s. Amma ən maraqlısı odur ki, Xodjoyan Ermənistana qayıdandan sonra tibbi müayinədən keçsə də, testin nəticələri açıqlanmadı. Buradan yeganə düzgün nəticə çıxarmaq olar: qocanın bədənində işgəncə izləri və ya digər sadist incəliklər tapılmamışdı. Əks halda, armaqitprop universal bir fəryad qaldırardı. Bundan əlavə, əsirlikdə olduğu müddətdə Xodjoyan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən ziyarət olunub, heç bir işgəncə izi qeydə alınmayıb, özü də bununla bağlı heç bir şikayət etməyib. Lakin Xodjoyanın qızı azərbaycanlıların Mamikona işgəncə vermədiyinə inana bilmədi və o, heyrətamiz versiya irəli sürdü: “Xəstəxana test nəticələrini görmək üçün bizim xahişimizdən imtina etdi. Atam gözümün qabağında dəyişir. Düşünürəm ki, onun damarına dizel yanacağı vurulub”. O vaxtdan 10 ildən çox vaxt keçsə də, “dizel versiyası” bir qədər dəyişdirilmiş formada olsa da, hələ də absurd və axmaq erməni təbliğatı tərəfindən istifadə olunur. Bu gün dizel inyeksiyası öz aktuallığını itirib, lakin onun müasir analoqu hələ də Ermənistanın gündəmindədir. Üstəlik, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özü səsləndirib. Zamanla ayaqlaşan Paşinyan işgəncə üçün dizel yanacağının köhnəlmiş üsul olduğunu anlayaraq, müttəhimlər kürsüsünə düşmüş Qarabağ müharibəsi cinayətkarlarına psixotrop maddələrin vurulması versiyasına əl atıb: “Bizim kəşfiyyat məlumatımız var ki, həmin şəxslərdən regional eskalasiya yaratmaq, onlardan ifadələr almaq məqsədilə qanunsuz psixotrop maddələr tətbiq olunur. Biz bu prosesdən çox narahatıq. Qadağan olunmuş psixotrop maddələrdən istifadə etməklə, çox güman ki, həmin şəxslər belə ifadə verməyə məcbur edilsinlər ki, sonradan həmin ifadələr Ermənistana qarşı müxtəlif üsullarla istifadə olunsun”. Biz, əlbəttə ki, Paşinyanın hər cür absurd bəyanatlarına öyrəşmişik, lakin bildiyimiz kimi, axmaqlığın həddi-hüdudu yoxdur. Ermənistanın Baş naziri isə bu həqiqəti hər dəfə sübut etməkdən yorulmur. Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də Ermənistanın Baş nazirinin sözlərini gülünc hesab edərək, artıq bu cəfəngiyyata cavab verib. XİN-in şərhində erməni siyasətçinin ittihamlarının əsassız olduğu, təqsirləndirilən Ermənistan vətəndaşlarının hüquq və vəzifələrinin onlara izah edildiyi və onlara əməl edildiyi vurğulanır. “Azərbaycanda məhbusların zorakılığa məruz qalması ilə bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu müəyyən edilib”, - deyə XİN-in məlumatında vurğulanır. Bəs, Paşinyanı bu qədər əsəbiləşdirən və onu nifrət etdiyi hərbi xunta liderlərinin müdafiəsinə qaldıran nə idi? Bu suala cavab vermək üçün “DQR-in keçmiş prezidenti” Arayik Arutunyanın məhkəmə iclasının birinci günü dediyi sözləri xatırlamaq lazımdır: “Mən Gəncəyə raket zərbələri endirmək əmri verməmişəm”. Arutunyan qeyd edib ki, 44 günlük müharibə zamanı Gəncəyə raket zərbələri ilə bağlı onun bəyanatı olub və bundan təəssüflənir: “Azərbaycan xalqı arasında belə bir fikir var ki, mən bu əmri vermişəm. Lakin bu qərar mənim tərəfimdən verilməyib. Bəli, bu barədə açıqlama vermişəm. İndi dediyimə görə peşmanam və bağışlanma diləyirəm. Fikrimi bildirməyə nə haqqım, nə də səlahiyyətim var idi. O zaman niyə belə ifadə verdiyimi istintaq zamanı verdiyim ifadədə izah etmişəm”. Arayikin bu sözlərindən iki nəticə çıxarmaq olar: ya ağ yalan danışır, ya da Gəncənin bombalanması əmri birbaşa Paşinyandan gəlib. Hər halda belə bir əmr verən Haykanuş nənə deyildi... Təşvişə düşmüş Ermənistan Baş nazirinin sözlərini diqqətlə oxuduqda, anlayırsan ki, ikinci versiya həqiqətə daha yaxındır. Nə də olsa, Paşinyanın ifşa olunmaqdan qorxması onu deməyə əsas verir ki, qorxduğu məqamlar var. Baxmayaraq ki, o, Arayiki yalan danışmaqda ittiham edib, ondan qurtula bilərdi. Ancaq bu, yalnız ilk baxışdan görünür. Şübhəsiz ki, Arutunyanın əlində Nikol Vovayeviçlə (eləcə də korrupsioner rus deputatlar, fransız senatorları, amerikalı konqresmenlər) bağlı kompromatlar var və o, öz canını xilas etmək naminə, gözünü qırpmadan, erməni Baş naziri satacaq. Ona görə də Paşinyan ortaya psixotrop maddələrlə bağlı cəfəngiyyatlar atmaqla, guya “at gedişi” etmək qərarına gəlib. Amma özü də fərqinə varmadan özünü mat edib. Məlumdur ki, o zaman Gəncənin bombalanmasından öyünən Arutunyan bu gün qəhrəmanlıq etməyəcək. O, digər şərikləri kimi istənilən yolla separatçı rejimin cinayət əməllərində rolunu azaltmağa çalışacaq. Paralel olaraq, bu açqılamalarda Ermənistan rəhbərliyi və xaricdəki separatçıların və terrorçuların himayədarları da öz paylarını alacaqlar. Bundan əlavə, uğursuz dövlət xadimləri, bankadakı hörümçəklər kimi, ortaqlarını bütün ölümcül günahlarda ittiham edərək bir-birilərini yeməyə başlayacaqlar. Əminəm ki, “Marlezon baletinin ikinci hissəsi” daha füsunkar tamaşa olacaq - hətta, demək olar ki, unudulmaz bir tamaşa... AYNA.az Geri qayıt |