Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Samir Şərifovun yerinə təyinat yubanır
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Samir Şərifovun yerinə təyinat yubanır

Samir Şərifovun yerinə təyinat yubanır


Bu gün, 10:06
Samir Şərifovun yerinə təyinat yubanır
Artıq bir müddətdir Dövlət Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin yeni yaradılacaq qurumda birləşdiriləcəyi ilə bağlı məlumatlar var. Ölkənin fiskal və maliyyə siyasətinə nəzarət edəcək yeni qurumun isə Milli Gəlirlərə Nəzarət Departamenti adlandırılması gündəmdədir.

Teleqraf.com xəbər verir ki, Samir Şərifovun maliyyə naziri vəzifəsindən azad edilməsindən bir müddət keçməsinə baxmayaraq, onun yerinə təyinat aparılmaması bu ehtimalları daha da gücləndirib. Digər tərəfdən, bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcə proqnozlaşdırılmasında, eləcə də tərtibatında müəyyən çətinliklər yaradır. Bu gün büdcə daxilolmalarının 42,5 faizi vergi və rüsumların, 17,9 faizi gömrük rüsumları və idxala görə vergilərin payına düşür. Maliyyə Nazirliyi isə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı kimi bu gəlirlərin “kassaya” daxil olmasını və icrasını təmin edir.

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, hazırkı şəraitdə Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməsi konseptual olaraq yanlışdır. Çünki vergilər xidmətində məqsəd vergi toplamaq, büdcəni doldurmaqdır. İqtisadiyyatın məqsədi isə iqtisadiyyatı inkişaf etdirməkdir. Eksperin sözlərinə görə, DGK da Vergi Xidməti kimi, vergi toplamaqla məşğuldur: "Dövlət Gömrük Komitəsi ilə Vergi Xidməti yaxşı olardı ki, Maliyyə Nazirliyinə birləşdirilsin. Çünki Maliyyə Nazirliyi gəlirləri toplayıb, xərcləyən qurumdur. Əgər bu birləşmə baş verməsə, Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsini iki qurum olaraq birləşdirərək Dövlət Gəlirlər Komitəsi yaratmaq olar. Bu birləşmə inzibati xərclərin azalmasına, şəffaflığa yol açar. Gömrükdən keçən məhsul və xidmətlərin vergiyə cəlbi də mənbədən həll olunar. Bu baxımdan Dövlət Vergi Xidməti ilə Gömrük Komitəsinin birləşdirilməsi iqtisadiyyata ancaq müsbət təsir edə bilər".

İqtisadçı dünya praktikasında bu üç qurumun eyni təşkilatın tərkibində fəaliyyət göstərdiyini deyir: “Çünki bu qurumlardan ikisi pulu gətirən tərəf, digəri isə pulu bölüşdürəndir. Dünya təcrübəsində bunların üçünün bir yerdə olması praktikası mövcuddur”.

Bəzi ekspertlərə görə isə dünya bazarında neftin qiymətinin azalması dövlət büdcəsinin əsas gəlir mənbəyinin neft və qaz sektoruna bağlı olduğu bir ölkə üçün böyük bir çağırışdır. Azərbaycan yeni maliyyə nazirinin qarşısında duran əsas çağırışlardan biri büdcə siyasətinin dəyişən iqtisadi şəraitə uyğunlaşdırılmasıdır. Yeni maliyyə naziri büdcə siyasətini daha çevik, balanslı və uzunmüddətli inkişafı dəstəkləyəcək şəkildə qurmalıdır. Yeni maliyyə naziri üçün Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcək yeni büdcə siyasətinin formalaşdırılması çox önəmlidir. Neft gəlirlərinin azalması və iqtisadi böhran şəraitində büdcə siyasətinin tarazlaşdırılması və qeyri-neft sektorlarının inkişafı mühüm prioritetlərdir.

S.Şərifovun karyerasi ilə bağlı bəzi məlumatları təqdim edirik:

* 1991-1995: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

* 1995-2001: Azərbaycan Respublikası Milli Bankının valyuta idarəsində rəhbər vəzifələr tutub. Onun rəhbərliyi dövründə ölkənin valyuta siyasəti və beynəlxalq maliyyə inteqrasiyası istiqamətində mühüm addımlar atılıb.

* 2001-2006: Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində çalışaraq, neft gəlirlərinin səmərəli idarə olunması və şəffaflıq məsələlərində beynəlxalq nümunələrə uyğun modellər tətbiq edib.

* 2006-2025: Maliyyə naziri kimi ölkənin maliyyə siyasətini idarə edib. Bu müddət ərzində bir çox dövlət büdcəsinin hazırlanması və icrası, maliyyə sabitliyinin qorunması və islahatların həyata keçirilməsi onun adı ilə bağlıdır.

“Yeni Müsavat”

Geri qayıt