Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu...

USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu...


Bu gün, 08:56
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu...
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vebsaytı heç bir açıqlama verilmədən fəaliyyətini dayandırıb. Musavat.com-un CNN-ə istinadən məlumatına görə, USAİD-də minlərlə işçinin məzuniyyətə çıxması, ixtisara düşməsi və proqramların dayandırılması prosesi davam edir.

Bütün bunlar prezident Donald Trampın ABŞ-ın maliyyələşdirdiyi xarici yardım və inkişaf proqramlarını dondurması fonunda baş verir. Konqresdəki demokratlar Trampın ermənipərəstliyi ilə tanınan USAİID-i müstəqil agentlik kimi ləğv edib, onu Dövlət Departamentinin tərkibinə daxil etməyə çalışdığından narahat olduqlarını bildiriblər.

Xatırladaq ki, rəsmi Bakı rəhbəri qatı türkofob olan USAİD-in Azərbaycanda fəaliyyətinə ehtiyac olmadığını bildirmişdi. Ötən ilin dekabrında rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməli və müvafiq orqanların icazə verib-verməməyi nəzərdən keçirməli olduğunu söyləmişdi. Dövlət başçısı vurğulamışdı ki, yardım asılılıq yaratmamalıdır: “Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAİID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil... Zənnimcə, Tramp onu (USAİD - red.) qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz: “Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar "Amerikanın səsi" və “AzadlıqRadiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar".

ABŞ Hökumətinin Effektivliyi İdarəsinin rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask bu barədə “X” hesabında yazıb.

“USAİD-in sizin vergi pullarınızdan istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVİD-19 da daxil olmaqla, bioloji silahların inkişafını maliyyələşdirdiyini bilirdinizmi?”, - Mask vurğulayıb.

Siyasi və iqtisadi şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a Azərbaycan Prezidentinin uzaqgörənliyindən danışdı: “Bir ölkədə medianın xaricdən maliyyələşdirilməsi nə deməkdir? Kimsə düşünə bilər ki, xaricdəki "donorlar" sadəcə pullarını xərcləməyə yer tapmırlar və bu arada dünyanın ayrı-ayrı ölkələrində medianın inkişafına yardım etməklə həmin ölkələrdə demokratiyanın, söz azadlığının inkişafına töhfə verirlər. Qətiyyən belə deyil! Biz dəfələrlə yazmışıq və demişik - Qərbin bizim kimi ölkələrdə demokratiya, söz və insan azadlığı axtarmasının arxasında bu dəyərləri qorumaq deyil, sadəcə, bu yolla onları özündən asılı bir hala gətirərək ölkənin daxili işlərinə müdaxilə etmək kimi məkrli hədəflər dayanır. Bugünkü dünya müstəmləkə dönəminin dünyası deyil! Dünya dəyişib və dəyişməkdə də davam edir! Əgər indiki dünya inkişaf edib bu səviyyəyə gəlməsəydi, heç şübhəsiz Qərbin “demokratiya, insan haqları, söz azadlığı” bağıran gücləri bizim kimi ölkələri bu gün də məmuniyyətlə öz müstəmləkələrinə çevirmək istəyərdilər. Bu gün bunu edə bilmirlər! Xalqlar ayılıb və gerçəkləri olduğu kimi dərk etmək səviyyəsinə yüksələ biliblər. Qərbin müstəmləkə xəritəsini məhz bu oyanış dəyişdi və bu dəyişiklik hələ də davam etməkdədir. Qərb bu prosesi həzm edə bilmir! Qərb indi də inkişaf etməkdə olan ölkələrdə öz təsirlərini ideoloji mübarizə yolu ilə realllaşdırmağa çalışır. Başqa yol qalmayıb! İdeoloji mübarizəni isə yerli mətbuat vasitəsilə aparmağı özünün ən yaxşı seçimi hesab edir. Etiraf etmək lazımdır ki, Qərbin müəyyən etdiyi bu mübarizə üsulu bir çox hallarda onun istəyini reallaşdırmağa imkan verib. “Ərəb baharı” yəqin ki, heç kimin yadından çıxmayıb, Gürcüstanda baş verənlər də hələ də tam yekunlaşmayıb. Donald Trampın ABŞ-ın maliyyələşdirdiyi xarici yardım və inkişaf proqramlarını dondurması onun prezident kimi dövlətin vəsaitlərinin hara və nə məqsədlə xərclənməsinə aydınlıq gətirmək istəməsindən irəli gələn məsələdir".

F.Yusifov bildirdi ki, Tramp bütövlükdə ABŞ-da dövlət xərclərini optimallaşdırmağı hədəfləyib və bu məqsədlə öz administrasiyasında xüsusi bir struktur da yaradıb: “Düşünürəm ki, onun qətiyyəti imkan verəcək ki, başında dayandığı dövlət 35 trilyon dollar borcla USAİD kimi lüzumsuz təşkilatlar vasitəsilə milyardlarla dollar vəsaiti havaya sovurmasınlar. ABŞ-ın iç problemləri yetərincədir və Tramp bu problemlərin həllinə çalışır. O, ölkəsinə iqtisadi divident gətirməyən xərclərə son vermək niyyətindədir. ABŞ-da özünə demokrat deyənlər isə illərdir ki, bu xərcləri şişirdə-şişirdə real olmayan bir səviyyəyə qədər artıra bilmişdilər. Azərbaycan Prezidenti uzaqgörən bir siyasətçi kimi, Donald Trampın USAİD kimi təxribatlara vəsait xərcləyən bir təşkilatı bağlayacağının anonsunu öncədən vermişdir”.

Siyasi təhlilçi Sona Əliyeva vaxtilə USAİD-in Azərbaycanda həyata keçirməyə çalışdığı inqilab ssenarisini xatırlatdı: “Artıq USAİD tarixə qovuşur. Günlər öncə amerikalı milyarder İlon Mask da adıçəkilən qurumun fəaliyyətini kəskin şəkildə tənqid edib. O, ABŞ Beynəlxalq İnkişaf Agentliyini şeytan yuvası adlandırıb. İlon Mask bu fikirləri artıq ikinci dəfədir ki, USAİD haqqında səsləndirir. Bu qurum SOROS-çuların maliyyə donorluğu ilə bir çox ölkələrdə "narıncı inqilab"ların planlarını cızmaqla məşğul idi. 2005-ci ildə Azərbaycanda da Rəsul Quliyevin əli ilə müəyyən narahatlıqlar yaratmağa çalışmışdı. Amma Azərbaycan dövləti, xalqımız bu “qara əllərə” icazə verməmişdi. Sonrakı cəhdlər də uğursuzluqla nəticələnmişdi. USAİD Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən media qurumlarının donoru idi. Azərbaycanda ermənipərəst və türkofob yuvalar formalaşdırırdı. Ona görə də rəsmi Bakı bu qurumun qələmini ilk qıranlardan oldu. Ardınca Birləşmiş Ştatların yeni administrasiyası da anoloji addımı atdı. Çünki bu təşkilat qara pulların yuyulması üçün “boz mərkəz” rolunu oynayırdı. Çox ciddi yeyintilər, mənimsəmələr var idi. Xərclər qurumun rəhbərləri tərəfindən şişirdilirdi. Görünür, bütün bunlar ABŞ-ın iqtisadi kəşfiyyat mərkəzlərinin nəzərindən yayınmayıb. Ona görə də təşkilatın müstəqil varlığına son qoyaraq onu dövlətin çətiri altına almaq istəyirlər. Düşünürəm ki, Tramp dönəmində bu təşkilatın bütün radikal qol-qanadları sındırılacaq".

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə hesab edir ki, USAİD-in dağıdılması ABŞ tərəfindən “game-changing” (oyun qaydalarının dəyişdirilməsi) sayıla bilər: “Təbii ki, ABŞ öz qlobal "yardım" missiyasına davam edəcək. Sadəcə, bu qədər düşük reputasiyalı bir qurum vasitəsilə deyil. Bu reputasiyanın düşməsində Azərbaycanın rolu da az deyil. Belə çıxır ki, Azərbaycan dünya liderinin siyasətinə təsir imkanlarını genişləndirir?! Yeni qlobal siyasət dizaynına təsir edə bilmək çox önəmlidir. Bunun üçün maraqları uzlaşdırmaq lazımdır. Necə ki, təlqin edildi ki, USAİD-in davranışları ABŞ milli maraqlarına ziddir".

Politoloq Zaur Məmmədov bu barədə status paylaşıb: “Azərbaycanın ardından Tramp administrasiyası USAİD-lə bağlı tədbirlər görməkdədir. İlon Mask rəsmi şəkildə bu təşkilatı bir neçə cinayətdə günahlandırıb. O yazır: "USAİD Amerikaya nifrət edən solçu marksistlərin gürzə yuvasıdır". O davam edir: “Bilirdinizmi ki, USAİD sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVİD-19 da daxil olmaqla, bioloji silahların hazırlanmasını maliyyələşdirib?”

Məlum olub ki, Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAİD) 60-a yaxın yüksək vəzifəli məmuru məzuniyyətə buraxıb. Rəsmi Bakının da bu təşkilata münasibəti birmənalı deyil. USAİD son iki ildə Azərbaycan-Ermənistan münasibətlərində tərəf tutmağa başlayıb, hökumətə qarşı ittihamlar səsləndirib. USAİD-in Azərbaycana qarşı qərəzli ittihamları əsasən 2023-cü ilin sonunda, rəsmi Bakının Qarabağda birgünlük lokal antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etməsindən sonra başlayıb".


Geri qayıt