Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır?
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır?Bu gün, 14:40 |
Donald Tramp ABŞ-da prezidentlik fəaliyyətinə başlamasının ardınca olduqca mühüm addımlar atmağa başlayıb. Ümumiyyətlə, bir çox ekspertlər onun ikinci hakimiyyətinin əvvəlkindən çox fərqli olacağını proqnozlaşdırır. Dünya ölkələri xüsusilə də Cənubi Qafqazın bu təsirlərdən yan keçməyəcəyi vurğulanır. ABŞ-ın Azərbaycanla münasibətləri normallaşdırmaqdan yana olduğu tez-tez diqqətə çatdırılır. Bu da özlüyündə müəyyən sualların yaranmasına səbəb olur. Amerika Qafqazı sülhlə “işğal” edir? Tramp administrasiyasının Azərbaycan iqtidarı ilə yumşaq münasibəti, bərabərhüquqlu tərəfdaşlıq etməsi Zəngəzur dəhlizinin açıqlmasına, sülhə gətirib çıxara bilər? Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, ABŞ-ın yeni Prezidenti Donald Tramp artıq öz siyasətini sərgiləməyə başlayıb: “USAİD-in bağlanması, onun bütün funksiyasının ABŞ dövlət katibi Mark Rubioya həvalə olunması buna nümunədir. USAİD-in böyük büdcəsi var idi. Bu vəsaitdən istədikləri kimi istifadə edirdilər, xüsusilə də Ermənistanın silahlandırılmasında böyük rol alırdılar. Co Bayden administrasiyasının xüsusiyyəti elə bu idi. Əvvəlki hökumətin dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan arasında “sülhə nail olmaq” istiqamətindəki çağırışları yekun sülh müqaviləsinin imzalanmasına mane oldu. Üçtərəfli bəyannamənin maddələri də yerinə yetirilməmiş qaldı. Donald Tramp isə müharibələri dayandırmaq istəyir. Azərbaycanda da sülhün, əmin-amanlığın əldə olunmasına çalışacaq. Trampın ilk hakimiyyəti illərində də ABŞ-Azərbaycan münasibətləri normal olub. Trampın hakimiyyəti Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün mühüm hadisələrlə yadda qalacaq”. Politoloqun sözlərinə görə, Tramp hazırda daha böyük, qlobal məsələlərə diqqət yetirir: “Kanada, Meksika və Çinlə ticarət müharibələri başlayır. ABŞ-ın bu ölkələrə tariflər təşkil etməsi daxili məsələlərdən qaynaqlanır. Biznesmen, Ağ Evin əməkdaşı Elon Mask da son açıqlamasında qeyd etdi ki, sözügedən proseslər fonunda ABŞ gündə bir milyard dollar qənaət edir. Bu məbləğin üç milyarda çatdırılmalı olduğunu vurğulayıb. ABŞ-ın qarşısında duran əsas məsələlərdən biri Rusiya-Ukrayna müharibəsidir. Onu dayandırmaqla bağlı Trampın seçkiqabağı verdiyi vədləri yerinə yetirmək üçün artıq danışıqlar gedir. Rəsmi Vaşinqton Çin probleminə qarşı siyasi vektorunu da qurur. Geosiyasi maraqlarını daha da artırmağa çalışır. Fevral ayının 4-də İsrail Baş naziri Benyamin Netanyahu Donald Trampla görüş keçirəcək. Onların əsas hədəfi isə İranın nüvə silahı əldə etməsini dayandırmaqla bağlıdır. Onlar açıq şəkildə İranın nüvə silahı əldə etməsinə qarşı olduqlarını bildiriblər. İran yaxın zamanda bu siyasətindən əl çəkməsə, İsrail və ABŞ rəsmi Tehrana qarşı təzyiqlərə başlayacaq. Əvvəlcə sanksiyaları gücləndirəcəklər, ardınca isə nüvə hazırlanan və hərbi obyektlərinə hücumlar təşkil olunacaq”. Elşad Həsənovun fikrincə, Cənubi Qafqaz Tramp administrasiyasının diqqət mərkəzində olacaq: “Marko Rubio senatda işlədiyi müddətdə ermənipərəst mövqeyi ilə seçilsə də artıq Trampın irəli sürdüyü siyasəti yerinə yetirmək məcburiyyətində qalacaq. Çünki Donald Tramp hazıda Cənubi Qafqazın dinc ölkəsi Azərbaycanla münasibətlərin normal olmasında maraqlıdır. Zəngəzur dəhlizinin açılması da gözləniləndir. ABŞ rəsmiləri bir neçə dəfə açıqlamalarında qeyd ediblər ki, bu dəhliz Orta Asiyanın resurslarını Avropa və digər ölkələrə daşımaq üçün ən yaxşı yoldur”. Geri qayıt |