Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Türkiyə-Ermənistan sərhədi açılır
Türkiyə-Ermənistan sərhədi açılırBu gün, 07:21 |
"Türkiyə və Ermənistan sərhədləri açıla bilər". Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan "erməni soyqırımı" iddialarından geri çəkilir: "Paşinyanın bu məsələni gündəmə daşıması radikal dəyişikliklər edəcəyinin anonsudur. Düzdür, "soyqırım"dan imtina etmək, erməni kilsəsinin Paşinyana qarşı hücumlarına rəvac verə bilər. Hətta diasporun bəzi təşkilatları və kilsənin Paşinyana sui-qəsd təşkil etməsi də mümkündür. Uzun illərdir ki, erməni diasporu və kilsə qondarma "soyqırımı" ideologiyası ətrafında sıx birləşib. Paşinyan "soyqırımı" iddialarını SSRİ kluarlarında Türkiyənin NATO-ya üzv olduğu üçün təzyiq vasitəsi kimi yaradıldığını qeyd etdi. Bununla "soyqırımı" iddialarının ermənilər deyil, sovet rəhbərliyinin planı olması mesajını verdi". Analitik xatırladıb ki, Türkiyə ilə Ermənistan arasında ciddi danışıqlar gedir: "Məhz Ankaranın şərti ilə Paşinyan qondarma "soyqırımı" siyasətindən imtina edir. Baş nazir "soyqırım"dan imtina etmək üçün tarixi-siyasi arqumentlər gətirməkdən çəkinmir. Həmçinin Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiasını, dövlət gerbindən Ağrı dağının simvolunu çıxartmağı düşünür. Paşinyanın "soyqırımı" iddialarından geri çəkilməsi 100 illik erməni ideologiyasına böyük zərbədir. Ankara və İrəvan arasında konfidensial danışıqlar Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə nəticələnəcək. Əlbəttə, Türkiyə prosesi rəsmi Bakı ilə koordinasiya şəklində davam etdirir. Ankara "Qarabağ problemi yoxdur, Ermənistan iddialardan geri çəkilir" mesajını verməklə, sülhü tezləşdirmək istəyir". Geri qayıt |