Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir
Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir9-02-2025, 11:39 |
![]() “ABŞ-dan, AB-dən Ermənistana gələn qrantlar xeyli azalacaq deyə, bu ölkədə siyasi mübarizə daha maraqlı hal alacaq”. Globalinfo.az xəbər verir ki, bunu ReAL partiyasının sədri Natiq Cəfərli qeyd edib. O bildirib ki, Kremlin Ermənistanda istənilən anda hərəkətə keçə bilən “hücrələri” var: “Əgər Ermənistan mediasında Ukraynada olan mənzərəyə yaxın maliyyələşmə varsa (Ukraynada medianın 90% qrantlarla ayaqda qalır), qonşumuzdakı media və sivil toplum özünə yeni maliyyə mənbələri axtarışına çıxacaq. Bu an Rusiyanın erməni oliqarxlarının pulu işə düşə bilər. Yəni zatən Ermənistanın, guya Rusiyadan uzaqlaşdığı mif idi, indi bu mif də dağıla bilər ki, bu da bizə xeyirli deyil. Məncə, ona qədər Ermənistanla məhz elə ABŞ-ın, Trampın moderatorluğu ilə böyük sülh sənədi imzalamaq lazımdır və bu təklif rəsmi Bakıdan gəlməlidir – biz təklif edək, görək İrəvan bundan imtina edə biləcəkmi…” Geri qayıt |