Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar”
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar”

“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar”


Bu gün, 11:59
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar”
“Rusiyanın maraqlarına xidmət edən vəzifə sahibləri hələ də var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Partiya sədri dünən fəaliyyəti dayandırılan “Rus Evi” ətrafında gedən söz-söhbətləri, habelə həmin binada Rusiyanın maraqlarına xidmət edən tədbirlər keçirilməsini şərh edib:

“Adıçəkilən adamların hamısı Azərbaycan hakimiyyətində rəsmi təmsil olunmuş adamlardır. Onların Rusiyaya agentlik eləməyində gizli heç nə yoxdur. Onlar vəzifədə olduqları dövrdə açıq şəkildə Rusiyanın maraqlarını müdafiə ediblər. Ardıcıl olaraq, Rusiya ilə çox sıx əlaqələr nümayiş etdiriblər”.

ADP lideri düşünür ki, hazırda hələ də vəzifədə olan və Rusiyanın milli maraqlarını təbliğ edən məmurlar mövcuddur:

“Düşünürəm ki, işdən çıxarılmış adamların adlarının hallandırılması bu gün hələ də vəzifədə olan və rusların maraqlarına xidmət edən məmurları ictimai rəydən gizlətmək məqsədi güdür. Açığını deyim, o adamlar işdən çıxdığına görə onlar haqqında nə deyilsə də, böyük qəbahət yoxdur. Faktiki olaraq, biz bilirik ki, Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunur, müvafiq tendensiyalar da həmin adamların başının altından çıxır. İstər Azərbaycan təhsili, istər qeyri-qanuni şəkildə Azərbaycanda mədəniyyət mərkəzlərinin yerləşdirilməsi, eyni zamanda, onların fəaliyyətinə dəstək verilməsi, habelə, ictimai rəydə müəyyən Rusiyanın maraqlarını müdafiə edən adamların hazırlanması, o cümlədən ictimai rəyin istiqamətləndirilməsi məhz həmin adamların nəticəsidir”.

Geri qayıt