Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır?
Simonyanın dəhliz açıqlaması: İrəvanın mövqeyi yumşalır?Bu gün, 08:59 |
![]() Ermənistan Zəngəzur dəhlizi məsələsində yalnız keçidə icazə verilməsi ilə bağlı müxtəlif formalar təqdim edib, öz yanaşmasını ortaya qoyurdu. Bu təkliflərdə “sadələşdirilmiş keçid” və “tranzit keçid” kimi terminlərdən istifadə edilir. Azərbaycan isə “dəhliz” və təhlükəsizliyin tam təmin olunması tələblərini irəli sürüb. Beynəlxalq münasibətlərdə “dəhliz” və “keçid” anlayışlarına dair konkret bir düstur mövcud olmadığı üçün hər iki tərəf bu məsələdə fərqli terminologiyalardan istifadə edir. Bu sözləri Axar.az-a QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Ermənistan parlamentinin sədri Alen Simonyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Ermənistan eksterritorial - dəhliz modelindən qəti şəkildə imtina etsə də, Alen Simonyanın son bəyanatı İrəvanın artıq Azərbaycanın tələblərinə daha uyğun bir yanaşma nümayiş etdirdiyini göstərir: “Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin açıqlamaları son vaxtlar müsbət yöndə dəyişməyə doğru inkişaf edir. Bu, hələlik ritorik bir açıqlama olsa da, tərəflər arasında gələcəkdə keçiriləcək danışıqlarda və müzakirələrdə bu yanaşmanın necə praktikaya çevriləcəyi daha dəqiq şəkildə ortaya çıxacaq”. Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan möhürlənmiş yüklərin dayanmadan Zəngəzurdan maneəsiz keçməsini təmin etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, bu, hələlik dəmiryol nəqliyyatına aiddir, yük maşınları və nəqliyyat vasitələrinin keçidi isə müzakirə edilməlidir. Geri qayıt |