Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası

Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası


Bu gün, 09:18
Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası
Avropa İttifaqının (Aİ) Ermənistandakı "müşahidə missiyası"nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Bu dəfə daha bir qrup Qazax və Qubadlı rayonu istiqamətinə gəlib. Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər. Qeyd edək ki, Ermənistanda yerləşdirilən Avropa İttifaqının “sülh missiyası” isə antisülh fəaliyyəti ilə gündəmdədir. Missiya açıq şəkildə anti-Azərbaycan bəyanatlar səsləndirir, Azərbaycan sərhədlərini nəzarət altında saxlamağa çalışır. Azərbaycan tərəfi isə missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. Adı mülki, əslində isə hərbi legiona bənzəyən missiya 2023-cü il fevral ayının 20-dən fəaliyyətə başlayıb. Missiyanın hansı məqsədlərə xidmət etdiyi indiyədək müəmmalı qalır. Azərbaycan hələ o vaxtdan bu missiyanın heç də xoşməramlı olmadığını bəyan etmiş və bununla bağlı narahatlığını bildirmişdi. Sonrakı dönəmdə baş verən proseslər, xüsusən də sərhəddə yaşanan təxribatlar Azərbaycanın nə qədər haqlı olduğunu göstərmiş oldu. Avropa İttifaqı Şurasının bəyanatında isə deyilir ki, bu, yalnız Ermənistan ərazisində fəaliyyət göstərən və icra funksiyası olmayan neytral missiyadır. Bu, Azərbaycanla Ermənistan arasındakı duruma və ümumiyyətlə, sülh prosesinə necə təsir edəcək?

Siyasi şərhçi Sona Əliyevanın “Sherg.az”a açıqlamasına görə, Avropa İttifaqının sərhəddə "gözətçilik" avantürası Nikol Paşinyana və onun narahat erməni cəmiyyətinə hesablanmış "qorxma, buradayıq" mesajıdır:

“Fransa və Belçikadan gəlmiş təqaüdçü nəzarətçilər şərti sərhəddə baş çəkdikdən sonra erməni çaxırı və donuz kababı ilə günlərini yola verirlər. Qubadlı və Qazax istiqamətində onların səfərləri həm də "müşahidə missiyası" üçün hesabat xarakterli səyahətdir. Onlar bununla aid olduğu qurumlara "dayanmırıq, işləyirik" mesajı verirlər. Bu cür addımlar sülh prosesinə müəyyən təhdidlər yarada bilər. Amma Ermənistan vəziyyətin gərginləşdiyini anlayan kimi təqaüdçü missionerləri özü qovacaq. Çünki İrəvan Bakının sərt üzünü dörd ildir ki, görür. Üstəlik, bu dörd ildə Fransa və onun xoruz qanadlarının altına sığmayan Avropa İttifaqından da dar məqamda kömək gəlməyəcəyinin fərqindədir. Bu baxımdan, düşünürəm ki, bu tipli sərhəd səyahətçiləri sülh prosesinə ciddi əngəl olmayacaq. Sadəcə, qocaların sərgüzəştləri konteksində Ermənistan cəmiyyəti üçün önəmli sayıla biləcək başaldadıcı addımlardır”.

Geri qayıt