Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıda "Bolt" sürücüsü sükan arxasında yatdı: 3 nəfər öldümdən döndü
Bakıda "Bolt" sürücüsü sükan arxasında yatdı: 3 nəfər öldümdən döndüDünən, 13:10 |
![]() "Bolt" şirkətindən kəskin şikayət var. Sözügedən şirkətdən taksi xidməti sifariş edən müştəri bədbəxt vəziyyətlə üzləşib. O, bu barədə sosial şəbəkələrdə paylaşım edib. ![]() Şikayətçi iddia edir ki, o, 30 yanvar tarixində taksi sifariş edib və başına gəlməyən qalmayıb: "Mənim şikayətim Boltdandır. 30 yanvar tarixində HB güvən klinikasından Buzovna istiqamətinə taksi sifariş etdim. Taksi gələn kimi əyləşdik. Qala yolu istiqamətində hərəkət edərkən, sürücü sükan arxasında yuxuladı və qəza hadisəsi baş verdi. Nəticədə anam kəllə beyin travması, mən alının kəsilmiş-cırılmış yarası, oğlum 2 yaş 9 aylıq uşaq isə sağ ayağın sınığı ilə xəstəxanaya yerləşdirildik. Bu şirkət harada narkoman, küçədən keçən, özünü tanımayan varsa, hamısına maşın verib salıb camaatın canına. Allahın lənəti olsun sizə. Yazmaqda məqsədim, ay millət, özünüzü qoruyun, daha diqqətli olun. Maksimum dərəcədə istifadə etməməyə çalışın". /Ajans.Az Geri qayıt |