Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Aviabilet dələdzuluğu ilə bağlı məhkəmə bitdi
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Aviabilet dələdzuluğu ilə bağlı məhkəmə bitdi

Aviabilet dələdzuluğu ilə bağlı məhkəmə bitdi


Dünən, 17:26
Aviabilet dələdzuluğu ilə bağlı məhkəmə bitdi
Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı ilə vətəndaşları aldatmaqda təqsirləndirilən Mələk Zeynalova barəsindəki cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, Mələk Zeynalova Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.

Hakim Aytən Əliyevanın sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı Mələk Zeynalovanın təqsiri sübuta yetirlib. O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Mələk Zeynalova vətəndaşların şikayəti əsasında ötən ilin avqustunda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova "WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb, zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pulları ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq, şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 300 min manat məbləğində maddi ziyan vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb və Mələk Zeynalova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu cinayət işi üzrə 46 nəfər zərərçəkən qismində tanınıb.

Geri qayıt