Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Kim harada və necə saxlanılıb?
Kim harada və necə saxlanılıb?Bu gün, 00:36 |
![]() “Lokal xarakterli antiterror əməliyyatları nəticəsində Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) 2023-cü il oktyabrın 3-də yaşadığı Xankəndi şəhərində yerləşən fərdi yaşayış evində tərksilah edilməklə saxlanılıb və yaşadığı evin həyətyanı sahəsində aparılmış axtarış zamanı oradan “AK-74” markalı avtomat silahları, döyüş sursatı hesab edilən 5 min 25 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb”. “Qafqazinfo” xəbər verir ki, bu barədə sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçısı Vüsal Abdullayev ittiham aktını elan edən zaman danışıb. O bildirib ki, Sahakyan Bako Sahaki həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb və yaşadığı fərdi yaşayış evində axtarış keçirilən zaman oradan qəlpəli “Ф-1” əl qumbarasının 14 ədəd gövdə hissəsi, atəşə yararlı 2 min 611 ədəd patron və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb: “İşxanyan Davit Rubeni həmin tarixdə Xankəndi şəhəri ərazisində tərksilah edilməklə saxlanılıb və qanunsuz sahibləndiyi, Xankəndi şəhəri ərazisində yerləşən mehmanxanada axtarış keçirilən zaman oradan “AK-74, “AKS-74”, “AKS-74U” və sair konstruksiyalı avtomatik silahlarda istifadə edilmək üçün nəzərdə tutulan 481 ədəd patron və həmin avtomatik silahların komplekt hissəsi olan 4 ədəd sandıqça aşkar edilərək götürülüb” Dövlət ittihamçısın sözlərinə görə, Manukyan Davit Azati 2023-cü il sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb və yaşadığı ünvanda axtarış keçirilən zaman oradan “AK-74” markalı avtomat silahların komplekt hissəsi olan 3 ədəd sandıqça, “CZ 75 Compact” modelli 1 ədəd tapança və digər silah və döyüş sursatı aşkar edilərək götürülüb: “Babayan Davit Klimi 2023-cü il sentyabrın 28-də Xankəndi şəhər ərazisində, Mnatsakanyan Lyova Henrixi 2023-cü il sentyabrın 29-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış məntəqəsində, Qukasyan Arkadi Arşaviri 2023-cü il oktyabrın 3-də Xankəndi şəhər ərazisində tərksilah edilməklə saxlanılıblar”. Həmçinin Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Stepanyan Qurqen Homerosi və Allahverdiyan Davit Nelsoni 2023-cü il sentyabrın 20-də Xocalı rayonunun Dağdağan kəndi ərazisində, Babayan Madat Arakeli 2023-cü il sentyabrın 20-də Ağdərə rayonun Qozlukörpü kəndi ərazisində, Balayan Levon Romiki 2023-cü il sentyabrın 20-də Şuşa şəhəri ərazisi yaxınlığında, Beqlaryan Vasili İvani 2023-cü il sentyabrın 26-da Kəlbəcər rayonu ərazisində, Qazaryan Erik Roberti 2023-cü il sentyabrın 27-də Ağdərə rayonun Həsənriz kəndi ərazisində tərksilah edilməklə saxlanılıb və üzlərində çoxlu sayda silah, onun komplekt hissələri və döyüş sursatı, o cümlədən piyada əleyhinə minalar aşkar edilərək götürülüb. Geri qayıt |