Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir”
“Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir”15-02-2025, 12:13 |
![]() Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşıb, indi statusla bağlı yekun qərar verilir. Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Azərbaycanla dəhliz məntiqinin müzakirə olunmadığını bəyan edən hakim komandanın üzvləri artıq maneəsiz keçid məsələsini gündəmə gətiriblər və insanları buna hazırlayırlar: “Maneəsiz keçid dəhlizin özündən başqa bir şey deyil. Məsələn, parlamentin sədri Alen Simonyan Bakıya maneəsiz yol verməyə hazır olduqlarını açıqlayıb: “Hansı yol olur-olsun, Azərbaycan bu yolu dəhliz adlandıracaq”. “Hraparak”ın fikrincə, maneəsiz keçid rejimində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq. Mənbə yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi bu açıqlamasına da yer verib: “Ermənistan Naxçıvanla əlaqəmizi maneəsiz və yoxlamasız təmin etməlidir”. Məqalədə deyilir ki, Əliyev Zəngəzur dəhlizi layihəsindən başqa heç bir təşəbbüslə razılaşmır: “Hakimiyyət kommunikasiyaların açılması üçün Bakıya hansı təklifləri göndərdiklərini açıqlamasa da, Əliyev həmin müşavirədə Paşinyanın “Sülh kəsişməsi” layihəsini açıq şəkildə “kağız parçası” adlandırdı və Zəngəzur dəhlizi projesində israrlı olduğunu nümayiş etdirdi. Əliyev dəhlizdən danışarkən 10 noyabr sənədinə istinad edir və Paşinyanın bu çərçivədə üzərinə götürdüyü öhdəlikləri xatırladır”. Erməni ekspert Armen Manvelyanın sözlərinə görə, Ermənistan rəsmilərinin bəyan elədikləri maneəsiz keçid rejimi dəhliz məntiqini ehtiva edir: “İndi biz bunu dəhliz və yol adlandırmağımızdan asılı olmayaraq, Azərbaycanın hansısa nöqtəsindən Ermənistan üzərindən Naxçıvan və ya əks istiqamətdə standart yoxlama sistemi və prosedurlarından keçməyən yüklər daşınırsa, deməli, dəhlizin özündən söhbət gedir”. Manvelyan əlavə edib ki, bu statusla açılan yollarda sərhəd və gömrük anlayışı olmur. Geri qayıt |