Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvanda məşhur hotelin üzərindən "artsakh" adı götürüldü...

İrəvanda məşhur hotelin üzərindən "artsakh" adı götürüldü...


20-02-2025, 11:25
İrəvanda məşhur hotelin üzərindən "artsakh" adı götürüldü...
İrəvanın Şenqavit inzibati rayonunda illərdir fəaliyyət göstərən “artsax” mehmanxanasının fasadından ingiliscə “artsax” yazısı götürülüb, lakin yuxarıda ermənicə yazılmış “artsax” adı hələ də qorunub saxlanılıb.

Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" məlumat yayıb.

"Hotel rəhbərliyindən otelin adını niyə sildiklərini soruşduqda bizə belə cavab verdilər: “Rayon rəhbərliyindən tələb ediblər ki, ölçü dəyişsin, indi o işlər aparılır, vəssalam”. Bu, çox böyükdür, standartdan kənardır, xüsusi ölçü olmalıdır, bilmirəm, böyüdəcəklər, ya kiçik edəcəklər, bu, texniki məsələdir, onların dedikləri standartlar daxilində olmalıdır, həmin standartlar bütün şəhərdə qəbul olunur”.
Həmsöhbətimiz digər suallar texniki məsələ olduğu üçün onlara cavab verə bilməyəcəyini dedi.

Qeyd edək ki, nişanların dəyişdirilməsi, onların eyni standartlara uyğunlaşdırılması ötən ildən İrəvanda həyata keçirilir",- erməni qəzeti belə yazır.

Geri qayıt