Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ankara-Bakı-İrəvan arasında sülh sazişi imzalana bilər
Ankara-Bakı-İrəvan arasında sülh sazişi imzalana bilərDünən, 09:17 |
![]() “2020-ci il noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalandı. Həmin bəyanatda konkret ifadə olmasa da, məzmun baxımdan Zəngəzur dəhlizinin açılması ilə bağlı maddə var idi”. Bu sözləri Türkiyədə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Prof. Dr. Hasan Oktay Globalinfo.az-a açıqlamasında deyib. Ekspertin sözlərinə görə, 10 Noyabr bəyanatının imzalanmasından 4 ildən çox keçməsinə baxmayaraq, İrəvan dəhlizlə bağlı addım atmır: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadıqca, iki dövlət bir-birini tanımadıqca və sərhəd qapıları açılmadıqca Zəngəzur dəhlizinin açılması ağlabatan görünmür. Hətta İrandan keçən dəhlizin müzakirələri də gündəmə gəlib. İran əvvəlcə bu danışıqlara razılaşsa da, sonradan belə bir dəhlizin olmayacağını açıqladı”. H.Oktay vurğulayıb ki, regionda münasibətlərin normallaşması Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülh və keçid sazişinin imzalanması (nəqliyyat vasitələrinin Ermənistan ərazisindən gömrük rüsumu olmadan keçə biləcəyi –red.) ilə mümkün ola bilər. Geri qayıt |