Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir

İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir


Bu gün, 13:45
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi 80 minlik borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

İdarə MMC-lərdən birindən 150 ədəd zibil qutusu alıb. Lakin müqavilə öhdəliyini yerinə yetirməyərək ödənişi etməyib.

MMC 2023-cü ildən ödənişini ala bilmədiyi üçün məhkəməyə üz tutub.

Məhkəmə MMC-nin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı iddiasını təmin edib. Məhkəmə qərarına əsasən idarədən 80 min tutularaq MMC-yə ödənilməlidir.

Musavat.com

Geri qayıt