Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Rabitəbank"da yeni baş direktor təyin edilib

"Rabitəbank"da yeni baş direktor təyin edilib


Bu gün, 16:06
"Rabitəbank"da yeni baş direktor təyin edilib
Zamiq İntiqam oğlu Mədətov “Rabitəbank” ASC-də yeni baş direktor vəzifəsinə təyin edilib.

Bu barədə “APA-Economics” Rabitəbank” ASC-yə istinadən xəbər verir.

Qeyd edək ki, O, 1984-cü ildə Lerik rayonunda anadan olmuşdur. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi, 2005-2007-ci illərdə isə “Maliyyə və kredit” ixtisasını magistr dərəcəsi ilə bitirib. Bank karyerasına 2005-ci ildən etibarən kredit mütəxəssisi kimi başlamışdır. 11 noyabr 2021-ci ildən etibarən Rabitəbankda ilk olaraq Mikrokreditlər Departamentinin Direktoru olaraq fəaliyyətə başlamış, 1 iyun 2023-cü il tarixindən isə Mikrokreditlər üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

14 fevral 2025-ci ildə Zamiq Mədətov Baş Direktor vəzifəsinə təyin edilib . Ailəlidir, 2 övladı var.

Geri qayıt