Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub”
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub”

“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub”


Bu gün, 10:50
“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub”
İranda Azərbaycan əleyhinə təbliğatın əsas simalarından olan Əli Əkbər Raefipurun şagirdlərindən biri olan Behbud Kaboli X hesabında Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadənin “Azərbaycan musiqisi valehedicidir. Təbrizdən eşitmək çox xoşdur” paylaşımına qərəzli münasibət bildirib. Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb (Axar.az).

Behbud Kaboli Azərbaycanın ərazi bütövlüyünə dil uzatmaqdan da çəkinməyib: “Cənab səfir, özünüzə saxta mədəniyyət düzəltməyin. Şimali Azərbaycan böyük İranın geniş ərazisinin bir hissəsi olub və olacaq. Bu musiqi də Təbrizdən səslənən əsl İran musiqisidir. Əgər ruslar Şimali Azərbaycanı ayırmasaydılar, indi siz İran vətəndaşı idiniz. Əlbəttə, gələcəkdə İran vətəndaşı olacaqsınız”.

Bəs bu cür iddiaların indi səsləndirilməsində tarixi və siyasi baxımdan hansı məqsədlər güdülür?

Azad Vətən Partiyasının sədri, tarixçi alim Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycana qarşı bu cür fikirlərin işlədilməsi İranda aparılan təbliğatın nəticəsidir, həmçinin Azərbaycana qarşı siyasi gedişdir: “Artıq öz əhəmiyyətini itirmiş tezislər səsləndirilir. 10-12 il əvvəl mən də daxil olmaqla bir nümayəndə heyəti Təbrizdə səfərdə olarkən Təbrizdən olan deputatlar və elm adamları ilə görüşümüz olmuşdu. Həmin görüşdə Təbrizdən olan azərbaycanlı deputatlardan biri dedi ki, narahat olmayın, Arazdan o tay da bizimdir və biz şimalı da özümüzə birləşdirəcəyik. Yəni belə bir fikir onlarda siyasi tezis kimi var. Mən həmin deputatın cavabını şübhəsiz ki, verdim və dedim ki, Arazdan o tərəfi heç zaman İranın ərazisi olmayıb. Rusiya imperiyası ilə İran arasında məlum müqavilə imzalananda Azərbaycan əraziləri İranın deyildi, bizim özümüzün müstəqil dövlətlər olan xanlıqlarımız var idi. Dedim ki, həmin ərazilər İranın deyildi ki, oranı Rusiyaya verəsiniz və indi də deyəsiniz ki, vaxtilə bizim olan əraziləri geri alacağıq. Tarixi həqiqətlər mənim bu dediklərimdən ibarətdir. Behbud Kaboli də tarixi bilməyən adamdır. Bölgənin tarixi təxminən 19-cu əsrdə rus və Avropa tarixçiləri tərəfindən siyasi konyuktur üzərində saxtalaşdırılıb. 20-ci əsrdə isə Pəhləvilər hakimiyyətə gələndən sonra ingilislərin köməyi ilə saxta kitablar yazdılar, filmlər çəkdilər və əslində Azərbaycanın tarixini İran tarixi kimi təqdim elədilər. Reallıq isə ondan ibarətdir ki, 5000 il bundan əvvəl Azərbaycan dövlətçiliyinin bünövrəsi qoyulub və fasiləsiz şəkildə Azərbaycan dövləti mövcud olub”.

Akif Nağı qeyd etdi ki, beş min il bundan əvvəldən başlayaraq bu dövlətin başında Azərbaycan-türk sülalələri dayanıblar. Eradan əvvəl 6-cı əsrdə ilk dəfə yerli əyalətlərdən birinin hakimi olan Əhəmənilər sülaləsi kimi təqdim edilən fars sülaləsinin dövlətin başına keçdiyi iddia edilir. Lakin bu ad da saxtalaşdırılmış tarixdir. Çünki bunu təsdiqləyən heç bir tarixi mənbə yoxdur: “Həmin əyalət farsların yaşadığı əyalət idi və Azərbaycan dövlətinə tabe idi. Onlar üsyan qaldırıb hakimiyyəti ələ keçirdilər və 200 il həmin farslar hakimiyyətdə oldular. Həmin dövrdə nə Persiya, nə də İran dövləti mövcud deyildi. Tarixdə heç bri mənbədə Əhəməni dövləti ifadəsi yoxdur. 19-cu əsrdən başlayaraq bu termini ortaya atmağa başladılar. Sasanilər də fars idi və bir müddət onlar hakimiyyətdə oldular. 5 min illik tarixin qalan bütün dövrlərində Azərbaycanda Azərbaycan türk sülalələri hakimiyyətdə olublar. Ərazilər Azərbaycan dövlətinə məxsus olub. İndi İran adlanan dövlət 1925-ci ilə qədər özünün Azərbaycan dövləti mahiyyətini saxlayıb. İstər sacilərin, istər rəvvadilərin, istər eldənizlərin, istər qaraqoyunluların, istər ağqoyunluların, istər səfəvilərin, istər ofşarların, istər qacarların dövründə bu, Azərbaycan dövləti olub. Həmin o fars dedikləri məhz bizim dövlətin tərkibində yaşayıblar. 1925-ci ildə ingilislərin köməyi ilə qacarları hakimiyyətdən devirdilər və Rza şahı hakimiyyətə gətirdilər. O da özünə yalançı bir Pəhləvi adını götürdü. Özü Pəhləvi sülaləsindən olmasa da, həmin sülalənin adını götürdü və başladı 5 min illik tarixi İran-fars tarixi kimi təqdim eləməyə. Halbuki İran dedikləri Azərbaycan dövlətidir. Bu dövlət özünün əvvəlki keyfiyyət halına mütləq qayıdacaq, bir daha Azərbaycan dövlətinə çevriləcək. Orada Azərbaycan türkcəsi dövlət dili olacaq. Proseslər o istiqamətə gedir”.

Geri qayıt