Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Eduard Məmmədova vəzifə verildi
Eduard Məmmədova vəzifə verildiBu gün, 09:48 |
![]() Məşhur idmançı Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti təyin olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, öz instaqram hesabında paylaşım edib. Belə ki, federasiyanın fəxri prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin rəhbərliyi altında federasiyanın toplantısı keçirilib. Toplantıda millinin sabiq baş məşqçisi və bundan öncəki iclasda icraçı direktor təyin edilmiş Elşən Abdulrəhimov I vitse-prezident, Azər Aslanov və Eduard Məmmədov vitse-prezident təyin edilib. Federasiyanın İdarə Heyətinin sədr müavini də olan Eduard Məmmədov Bakı və regionlarla iş üzrə vitse-prezident vəzifəsini icra edəcək. Bunadək millidə məşqçi işləyən Telman Məhərrəmov isə böyüklərdən ibarət yığmaya baş məşqçi təyin olunub. Federasiyanın prezidenti postu isə yenidən Orxan Əliyevə həvalə edilib. ![]() ![]() Geri qayıt |