Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Məktəblər nazirliyin nəzarətindən çıxır?
Məktəblər nazirliyin nəzarətindən çıxır?Bu gün, 10:39 |
![]() "Belə bir üçbucaq forması var: Məktəb, valideyin və şagird üçbucağı. Biz, ümumiyyətlə, bunu əlaqələrin güclənməsi baxımdan dairə kimi təsəvvür etmək istəsək də, amma faktiki olaraq buna nail ola bilmirik. Bu gün, bəli, məktəblərdə neqativ halların sayı artmaqdadır". Bunu Sonxeber.az-a təhsil eksperti Rizvan Fikrətoğlu danışıb. O, açıqlamasında qeyd edib ki, burada başlıca problem doğru nəzarətin olmamasıdır: "Bu baxımdan bir-birini təhqir edən, bıçaqlayan, uşaqların bullinqə məruz qalması və digər məsələlərin sayı artmaqdadır. Hətta, müəllimlərin belə xoşagəlməz hərəkətlərin görürük. Bir müddət əvvəl, səhv etmirəmsə Gəncədə şagirdi döyən müəllim işdən azad olunmuşdu. Bu kimi hallar azalmaq əvəzinə artır. Təbii ki, bildiklərimiz mediaya məlum olanıdır. Elə hallar var ki, onlar mediaya məlum olmur və qapalı qapılar arxasında öz həllini tapır. Bütün bunlar təbii ki, xoşagəlməz hallardır. Burada başlıca problem doğru nəzarətin olunmamasıdır. Bu hal da valideyin-müəllim, müəllim-şagird, şagird-valideyin bu kimi qarşılıqlı münasibətləri korlayır. Təbii ki, belə vəziyyətlərin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Ümumiyyətlə, nəzarət mexanizmi, eləcə də digər məsələlər öz həllini vaxtında tapmalıdır ki, neqativ halların sayı artmasın. Buna qarşı mübarizə imkanları da müsbətə doğru dəyişməlidir. Əks təqdirdə, bu gedişlə yaxşı şeylərin olacağını düşünə bilmirəm". Geri qayıt |