Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb
"Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıbBu gün, 09:36 |
![]() "Bakıyaşayıştikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb. Qlobal.az xəbər verir ki, şirkətin hazırda dövlətə 10.188 manat vergi borcu var. "Bakıyaşayıştikinti" MMC 1995-ci ildə təsis edilib. ![]() Şirkətin nizamnamə kapitalı 197.396 manat, qanuni təmsilçisi isə Rəhimi Maarif Müzəffər oğludur. ![]() Ciddi kapitala və təcrübəyə malik "Bakıyaşayıştikinti" MMC 2024-cü ildə iki tenderdə qalib edilib. Şirkət Dövlət Dəniz və Liman Agentliyinin "İnzibati binada cari təmir işlərinin satınalınması" (128.515 manat) və Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin "Bakı Teleqüllə Kompleksi Binasının +5m - + 10m mərtəbəarası yükdaşıyıcı konstruksiyaların birləşdirilməsi" (72.250 manat) lotları üzrə keçirdikləri tenderdə qalib edilib. ![]() Qeyd edək ki, "Bakıyaşayıştikinti" MMC keçmiş "Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin özəlləşməsi nəticəsində yaranıb. Rəsmi saytında şirkətin monolit binaların tikintisi üzrə ixtisaslaşmış Azərbaycanda yeganə idarə olduğu deyilir. Geri qayıt |