Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ...
Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ...Bu gün, 10:19 |
![]() Bildiyiniz kimi Rusiya-Ukrayna müharibəsindən sonra Qərbə məxsus bir çox brend Rusiya zavodunu bağladı, Rusiyadakı aktivlərini satdı və Rusiya bazarını tərk etdiyini açıqladı. Azərbaycana isə qida, şəxsi gigiyena və təmizlik məhsulları və dərmanlar Rusiya və Qərb ölkələrindən gəlirdi. Rusiya-Ukrayna müharibəsindən sonra isə qlobal brendlərin Rusiya zavodu bağlandığı üçün markalar Türkiyə və Asiya ölkələri istehsalı gəlməyə başladı ki, Rusiya və Qərb ölkələri zavodu ilə Türkiyə və Asiya ölkələri zavodu istehsalının keyfiyyəti tamamən fərqlidir. Yəni biz eyni qiymətə bərbad keyfiyyətli markalar almağa başladıq. Qərb ölkələri istehsalı olan markalarda müharibə səbəbindən daşınma xərcləri həddən artıq çox olduğu səbəbini əsas gətirərək qlobal brendlər Türkiyə və Asiya ölkələri istehsalı gətirməyə başladılar. Məsələn illərdir Belçika istehsalı gələn Nutricia brendinin Aktivia və Danone yoqurtları müharibədən sonra Moldova istehsalı gəlməyə başladı ki, keyfiyyəti bərbaddır üstəlik qiymətidə artıb. Şəxsi gigiyena və təmizlik məhsullarından da nümunə gətirə bilərəm. Məsələn illərdir markaları Rusiya və Avropa ölkələri istehsalı gələn P&G brendinin əksər markaları son 3 ildir ki, Türkiyə və Asiya ölkələri istehsalı gəlir. Misal olaraq Ariel yuyucu toz markası əvvəllər Çexiya istehsalı gəlirdisə artıq Türkiyə istehsalı gəlir. Fairy qab şampunu markası əvvəllər Belarus istehsalı gəlirdisə bu gün Türkiyə istehsalı gəlir. Comet markası artıq yığışdırılıb. Əvvəllər Almaniya istehsalı gələn ağız baxım markası Blend-a-med artıq gəlmir onun yerinə Almaniya istehsalı Türkiyə bazarı üçün istehsal olunan Oral-B diş məcunları gəlirki keyfiyyəti ümumiyyətlə bərbaddır. Oral-B-nin diş fırçalarıda əvvəllər İrlandiya istehsalı gəlirdisə indi isə Çin istehsalı gəlir. Unilever brendidə illərdir Rusiya və Avropa ölkələri istehsalı gətirdiyi Clear, Domestos, Rexona, Dove, Camay, Lisnoy Balzam, Çista ya Linya və s. markaları artıq Türkiyə, Birləşik Ərəb Əmirlikləri, Misir, Qazaxıstan, Filippin və s. ölkələrin istehsalı gətirir. Henkel, Johnson & Johnson, Reckitt Benckiser və digər brendlərdə də eyni vəziyyətdir. Dərman vasitələrinə isə gəldikdə burda da eyni vəziyyətdir məsələn qrip və soydəyməyə qarşı olan Johnson & Johnson brendinə məxsus Rinza markası artıq Hindistan istehsalı gəlir keyfiyyəti isə bərbad vəziyyətdədir. Ürək xəstələri üçün əsasən yaşlı insanların mənim nənəmin də illərdir qəbul etdiyi Stada brendinə məxsus Kardio Maqnil dərmanı əvvəllər Almaniya istehsalı gəlirdisə indi isə Rusiya istehsalı gəlir. Ümumiyyətlə GSK, Bayer, Sanofi və digər Qərb ölkələri dərman brendlərinin dərmanları məqsədli şəkildə yoxa çıxarılır əvəzində isə ucuz başa gəlsin deyə daha baha qiymətə sata bilsinlər deyə Türkiyənin Nobel İlaç, Vəfa İlaç və s. dərman şirkətlərinin dərmanları gətirilir. Məsələn bakteriyalara qarşı olan GSK brendinə məxsus Zinnat dərmanı illərdir satışda yoxdur başqa bir Portuqaliya istehsalı olan Atral brendinin NeoChef dərmanıda illərdir yoxa çıxıb bu dərmanların yerinə bakteriyalara qarşı Türkiyənin Nobel İlaç şirkətinin Meqaçet dərmanı yalnız varki onunda keyfiyyəti bərbaddır. İllərdir Rusiya, Belarus, Ukrayna istehsalı gələn Natrium xlor sistemi artıq Türkiyə istehsalı gəlir. Bir neçə ay öncə nənəmin mədəsi ağrıdığı üçün həkimə apardıq həkim nənəmi müayinə etdikdən sonra resept kağızı əlində görürəm fikirləşir elə bildim nənədə qorxulu bir şey var nə olduğunu soruşduqda həkim bildirdi ki, illərdir yazdığım dərmanların hamsını yığışdırıb durub Türkiyənin dərmanlarını gətiriblər ona görə fikirləşirəmki nə yazım. Yəni həkimlər belə müalicə üçün dərman yazmaqda çətinlik çəkirlər. Problemlə bağlı Səhiyyə Nazirliyinin qaynar xəttinə şikayət etdikdə bildirirlər ki: "Biz sadəcə dərmanların təhlükəsizliyini yoxlayıb uyğunluq sertfikatı veririk. Dərmanları ölkəyə tədarükçülər gətirir hansı dərmanı gətirməkdə isə tədarükçülər sərbəstdirlər". İki ay öncə asma xəstələridə illərdir aldıqları Avropa ölkələri istehsalı dərmanların tapılmadığını əvəzində isə baha qiymətə Türkiyə istehsalı dərmanları aldıqlarını o dərmanlarında keyfiyyətsiz olduğu haqqında telekanallardan birinə şikayət etmişdilər. Məsələ ilə bağlı telekanal həm TƏBİB həmdə Səhiyyə Nazirliyinə sorğu göndərmişdi. TƏBİB-dən telekanalın sorğusuna cavab olaraq bildirmişdilər ki, TƏBİB ölkəyə dərman idxalı ilə məşğul olmur. Səhiyyə Nazirliyindən isə elə mənə verdikləri cavabı vermişdilər. Məsələnin kökündə isə o dayanırki bizdə bütün dünyadan fərqli olaraq qanunla qlobal brendlərin üzərinə keyfiyyət öhdəliyi, ölkədə mütləq nümayəndəliyin olması ilə bağlı tələb qoyulmur. Bir çox qlobal brendin ölkədə nümayəndəliyi yoxdur olanlarında nümayəndəliyinin harda olduğunu əlaqə nömrəsini heç kəs bilmir. İstehlakçılar maksimum həmin brendin markalarını ölkəyə idxal edən idxalçı şirkətin mağazalara və apteklərə məhsul verən ekspeditoru ilə əlaqə saxlaya bilib hansısa məlumatı ala bilər. Ölkədə qlobal brendlərin markalarının keyfiyyətinə cavabdeh heç bir qurum yoxdur. Ümid edirəm ki, bu sahə ilə bağlı bizdə də qanun mexanizmi yaradılar. İlkin Məmmədkərimov - "DİA-AZ" Geri qayıt |