
2025-ci ilin ilk ayı əhali üçün bir sıra süprizlərlə – bir çox sahələrdə baş verən qiymət artımları ilə yadda qaldı. Ancaq bunun ardınca bir sıra dövlət büdcəsindən maliyyələşən strukturlarda da ixtisar prosesinə start verilib. "DİA-AZ"a daxil olan informasiyalardan aydın olur ki, 2025-ci il eyni zamanda Naxçıvan Muxtar Respublikasında ayrı-ayrı dövlət qurumlarında çalışanlar üçün işlərini kütləvi şəkildə itirmələri ilə də yadda qalacaq.
Bu barədə Naxçıvandakı mənbə iddia edir:
"Naxçıvanda elə bir dövlət qurumu yoxdur ki, orda kütləvi işççi ixtisarları həıyata keçirilməsin.
Keçən ilin dekabr ayından bu vaxta qədər 500-dən artıq çalışan ümumi Naxçıvan üzrə işsiz qalıb ki, onların da əklsəriyyəti vəzifəli şəxslərdir".
Mənbə bunu BÜQDCƏYƏ QƏNAƏT kimi də dəyərləndirib: "Ola bilsin ki, büdcəyə qənaət edirlər. Amma bu zaman insanları düşnən yoxdur. İşdən çıxarılanların bəziləri hələ də onlarla yeni əmək müqavilələrinin bağlanacağına ümid etdiyindən slsərini çıxaranlar azdır. Amma bir müddət sonra bunun səsi BƏRK ÇIXACAQ..."