Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir...
Əsas Səhifə > Manşet, Cəmiyyət > Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir...

Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir...


Bu gün, 08:48
Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir...
"Bu şəkil Yeni Ramana qəsəbəsində 2 ci sahə (tingçilik) deyilən yerdəndir. Şəkildə işarələdiyim hissədən qrunt sularının hərəkəti üçün kanal və suyun toplanaraq borular vasitəsilə kənar əraziyə (ehtimal sonda dəniz və ya digər iri kanala) axıdılması üçün nasosxana mövcuddur".

Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir...

"DİA-AZ" xəbər verir ki, bunu müraciətində Bakı sakini Teymur Nəsirov qeyd edib. Narazı vətəndaş daha sonra üz-üzə qaldıqları problemlə bağlı dövlətin aidiyyatı qurumlarına xəbərdarlığını bu şəkildə çatdırır:

"Lakin hansısa şəxslər son ildə bu kanalın üzərini doldurublar və nəticədə sular nasosxanaya çata bilmir və həmin kanalın keçdiyi ərzailərdə suyun səviyyəsinin qalxmasına səbəb olur.

Kanalizasiya və yağış suları artıq evlərin həyətlərinə, yollara dolur. Bu həm ekoloji cəhətdən antisanitariya vəziyyəti yaradır ,həm də ölkəmizin yaşıl layihələri sürətlə icra etdiyi bir dövrdə geridəqalmışlıq kimi qəbul edilə bilər.

Bu barədə müvafiq qurumların vəzifələrini yerinə yetirməsi mütləqdir. Ehtimal edirik ki, qurumlar bu barədə xəbərsizdir və biz də həmin ərazinin sakini olaraq, yaranmış vəziyyətdən əziyyət çəkdiyimiz üçün sizə müraciət etdik. Həmin ərazidə kifayət qədər vətəndaş narazıdır və son toplaşdığımızda qərara aldıq ki, elektron formada sizə, Cənab Zaur Mikayılova müraciət edək. Agentliyin əsasnaməsində vəzifələrinizdə bu kimi hallar qeyd edilmişdir. Həmçinin ərazi tabeliyində olan İcra hakimiyyəti nümayəndlərindən xahiş edirik, məsələ araşdırılsın.

Xahiş edirik, dəstək olardız, məsələ həllini tapardı.

Əvəzində təşəkkür və etimad göstərərdik..."

Geri qayıt