Əsas Səhifə > Manşet, Ölkə > 25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ...

25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ...


Bu gün, 10:11
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ...
Dünən "DİA-AZ" olaraq SOCAR Insan Resurslari Departamentindəki özbaşınalıqlarla bağlı məlumatı diqətinizə təqdim etdik. Aydın olurdu ki, hazırda işləyən və peşəkarlığı şübhə doğurmayan onlarla işçinin vakansiya olan yerlərə müraciətləri sözügedən qurum tərəfindən neqativ olaraq dəyərləndirilib ki, bu da əslində növbəti qanunsuzluq, habelə korrupsiya ehtimalı kimi dəyərləndirilir.
Elə Neftçilərin Hüuqlarının Müdafiəsi Komitəsinin (NHMT) sədri Mirvari Qəhrəmanlının təqdim etdiyi bu fakt da məsələnin hansı səviyyədə acınacaqlı olmasından xəbər verir. "Azneft İB Neft Daşlari NQCI, 2 saylı 1645 saylı meydançaya usta vəzifəsi üçün elan olunan vakant yer üçün müsabiqəyə buraxılmayan işçi soruşur ki, niyə axı...
Niyə mənim tələb və kateqoriyalarımı puça, heçə, sıfıra endirən Insan Resursları Departamenti və Neft daşlari NQCI..." deyə əlaqədar qurum və təşkilatlardan hesabat istəyən tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı həmin narazı işçinin - 25 il stajla MƏNFİ CAVAB - RƏDD CAVABI alan işçinin müraciətini təqdim edir.
"DİA-AZ" olaraq həmin etiraz dolu müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
"Yazıbsınız ki, təssüflə bildiririk ki, tələbləriniz və Kateqoriyalarınız yoxlanılıb uyğun gəlmədiyi, üçün siz imtahana buraxilmirsiz .
Niyə ? Səbəb nədir ? 25 il mən karyera yukselişi üçün can qoyduqum Neft Daşlari NQCI hansı səbəbi əsas tutub mənim hüquqlarımı pozur..? Ali Təhsilim , işlədiyim ixtisas üzrə 25 il iş stajim . Saqlam səhhətim, işimdə, davranışımda ,Xasiyyətnaməmdə bir qüsurum yox! Nədir sizləri qane etməyən.? Niyə mən Azərbaycan Respublikasının Vətəndaşi olaraq kimlərsə mənim haqqımı yeyib hüquqlarımı tapdalamalidir? Ali Təhsilli Bakalavr pilləsi ,25 illik Karyera yuksəlişi üçün can qoyan işçnin? Səbəb?

25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ...

Sizi qane etməyən əsas səbəb nədir? Əgər bizim ölkədə , uzun illər çalışdığım Azneft İstehsalat Birliyi tərəfindən buna bir qiymət verilmirsə , onda mənim heç danişmağima da lüzum ,ehtiyac yoxdur?!
Heç vaxt bizim zəngimizə cavab verməyən qurum

Geri qayıt