Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Siyasət > Muxtar Babayev getdi... NAZİRLİK İSƏ...
Muxtar Babayev getdi... NAZİRLİK İSƏ...Bu gün, 08:36 |
![]() Məlum olduğu kimi, düz bir həftə əvvəl Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edildi. "DİA-AZ" xatırladır verir ki, bununla bağlı müvafiq sərəncamı imzalayan Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla isə M.Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edildi. Qeyd edək ki, bu bir həftə ərzində müxtəlif versiylara səslənsə də, hələ də ETSN rəhbərsiz qalıb. Bu isə müxtəlif versiyaların səslənməsinə nədən olmaqdadır. "DİA-AZ" olaraq səslənən ilginc bir versiyanı diqqətinizə təqdim edirik. Beləliklə, tanınmış jurnalist Samir Feyruzov bu barədə öz mülahizələrini belə şəkilləndirib: "Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ləğv olunacaq. Şəhərsalma, əmlak və iqlim dəyişikliyi məsələləri də yeni qurumun tabeliyinə verilə bilər. Yaradılacaq yeni nazirlik ətraf mühitin qorunması, şəhərsalma, torpaq idarəçiliyi, iqlim dəyişikliyi və s. məsələlərlə bağlı struktur səlahiyyətlərə sahiblənəcək. Bütün bu məsələlər nazirliyin adında da özünü göstərəcək. Məsələn, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi... Şübhəsiz, nazirlik böyüməklə yanaşı, bəzi səlahiyyətlərini də itirməli olacaq..." Geri qayıt |