Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > AZƏRİQAZ-da ibtidai icma quruluşudur?
Əsas Səhifə > Manşet, Hadisə > AZƏRİQAZ-da ibtidai icma quruluşudur?

AZƏRİQAZ-da ibtidai icma quruluşudur?


15-02-2025, 11:41
AZƏRİQAZ-da ibtidai icma quruluşudur?
"Demək olar ki, bir çox sahələrdə rəqəmsallaşma işləri aparılır və tətbiq olunur. Dünya artıq başqa bir səviyyəyə doğru irəliləyir. Azərbaycanda da bir sıra qurumlar yeniliklərlə ayaqlaşmaq üçün vaxtında addımlar atmağa çalışır..." "DİA-AZ" xəbər verir ki, bunu tanınmış media adamı Sabit Məmmədov öz etirazında qeyd edib.
O daha sonra əlavə edib: "İllərdir "Azəriqaz"dan da sadə bir yeniliyi gözləyirik, çox təəssüf ki, başlasalar da uğursuz oldu. Biz hələ də bir plastik kartı götürüb terminala yaxınlaşıb, balansını artırırıq. Yorucu və riskli əməliyyatdır. Xüsusən soyuq havalarda bunu etmək hamı üçün çətindir. Əgər unudub zamanında balansı artırmasan, kart koda düşür və onu da açmaq üçün kimlərəsə zəng etməlisən ki, o əməliyyatı sənə izah eləsin. Bir dəfə illər öncə "Azəriqaz"ın əvvəlki rəhbərliyindən bu məsələnin nə vaxt həll olunacağını soruşdum, dedi, mütəxəssislər üzərində işləyir. Bildirdim ki, bəs nə yaxşı "Azərişıq" bunu edə bildi? Deyir, bizdə H. Arabul yoxdur.
Hörmətli təyin olunan rəhbərlər! Bir az rəqəmsallaşın, istehlakçıların, istifadəçilərin, müştərilərin rahatlığını təmin edəcək işlər görün. Bir daha xatırladım ki, işgüzar görünmək üçün şəkil çəkdirib paylaşmaq iş görmək deyil".


Geri qayıt