Əsas Səhifə > Manşet, Ölkə > BİZİ BELƏCƏ... BANKLARA KÖLƏ ETDİLƏR!

BİZİ BELƏCƏ... BANKLARA KÖLƏ ETDİLƏR!


Dünən, 09:12
BİZİ BELƏCƏ... BANKLARA KÖLƏ ETDİLƏR!
"Manatın devalvasiyasından 10 il ötür. Elman Rüstəmov xalqı aldadaraq neçə-neçə insanı bədbəxt etdi, müflis etdi, xəstələndirdi, intihara sövq etdi, ailələr dağıtdı..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında tanınmış hüquqşünas Əkrəm Həsənov ifadə edib.

O daha sonra əlavə edib: "İllərlə yürütdüyü korrupsion siyasət nəticəsində banklar əhalini də, biznesi də qanunsuz olaraq manatla deyil, dollarla kreditləşdirmişdi. Konstitusiya Məhkəməsi də bu haqsızlığı leqallaşdıraraq devalvasiyanı gözlənilən hal kimi qiymətləndirdi, ağa qara dedi. Məhkəmələr, icra məmurları, kollektorlar, hüquq-mühafizə orqanları borclulara qan uddurdu, son əmlakını əllərindən aldı, həbs etdi. Nəticədə həm əhali, həm biznes, həm də bankların çoxu müflisləşdi. Hətta Beynəlxalq Bank da faktiki müflisləşdi, yalnız dövlətin vəsaiti hesabına xilas oldu. Digər müflis bankların olan-qalan əmlakının başına isə Əmanətlərin Sığortalanması Fondu indiyədək daş salır. Xalqın bu bədbəxtliyi üzərində indiyədək kimlərsə milyonlar qazanır. Savadsız qlamur oğlanlar ölkə iqtisadiyyatının idarəçiliyini əllərinə aldılar, böhranı dərinləşdirə-dərinləşdirə gedirlər. Nəticədə həmçinin bank sistemində inhisarlaşma sürətləndi, xidmət səviyyəsi düşdü və hamımız inhisarçı bankların əlinə düşdük, hansılar ki, kartlarımızdan pullarımızı oğurlayırlar… "

Geri qayıt