Əsas Səhifə > Manşet, Hadisə > Rektora qarşı AĞIR İTTİHAMLAR...

Rektora qarşı AĞIR İTTİHAMLAR...


Bu gün, 10:38
Rektora qarşı AĞIR İTTİHAMLAR...
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə qarşı ağır ittihamların yer aldığı bir məqalə "DİA-AZ"a göndərilib. Həmin məqaləni müəyyən ixtisarla təqdim edirik:

"Vilayət Vəliyev müxtəlif şirnikləndirici vədlərlə Unversitetə çağırıb gətirdiyi ziyalılara kiçik işlərdən başlamaqla unversitetin çatışmazlıqlarını düzəltməyi tapşırır və bildirir ki, nə xərc çəkəcəksən qaytarılacaq. İşlər yerinə yetirildikcə, daha da irəli gedərək, daha böyük xərcli işlər tapşırılır. Sonrada, “işlərin öhdəsindən gələ bilmirsən” deyilərək, ziyalılara nə pulu qaytarır, onları həm də işdən azad edir. Əməkdaşların vəsaitlərini mənimsədiyinə görə onlarda “Atam mənə kor deyib, hər gələni vur deyib” məsəlini dəyişib “Mən rektoram oğruyam, Mən həmişə doğruyam” kimi səsləndirirlər. İnsanların “işə” cəlb olunmasında isə hətta prorektorlar, “seçilmiş” dekan və kafedra müdirləri iştirak edirlər. Tam bir qapalı dələduzluq sxemi qurulmuşdur. Təzyiq vasitəsi kimi, müxtəlif "oyunlar“ qurur və bu çirkin oyunlara Unversitetdəki öz adamlarını cəlb edir. Odur ki, Unversitetdə təhsil, elm qalıb bir yanda, “oyunbazlıqla” məşğuldur.

İşdən çıxarma yöntəmlərini də “təkmilləşdirir”. Əvvəlcə guya yaxşı işləyirsən deyə bir başqa iş adıyla digər işə keçirir, sonra qısa müddətə bağlanmış müqavilənin müddətini uzatmır (Bu üsul o qədər “effekt” verib ki, indidə tədris köməkçi heyətə tətbiq edir). Beləliklə aldadılmış onlarla ziyalını çöldə qoymuşdur. Bu fırıldaqlar baş tutmayanda, vəzifəni guya vakant kimi müsabiqəyə çıxarır və sonra da çirkin oyunlarla, yüz xahişlə unversitetə gətirdiyi, vəsaitlərini mənimsədiyi ziyalını müxtəlif yollarla çöldə qoyur. Aldatdığı ziyalıları işdən uzaqlaşdırmaq üçün hər dəfə bir “komissiya” yaradır. Harda unversitetdə adı mənfi işlərdə hallananlar var, yığır “komissiyaya”. Unversitetdə tam bir əks fazaya doğru irəliləyiş gedir, vaxtilə düşdüyü bataqlığa doğru yenidən sürüklənir.

Elə kafedralar var ki, 10-a qədər 1,5 ştat müəllim var, bəzilərinə isə heç birinidə icazə vermir. Soruşanda da şər, böhtanla qabaqdan gəlmişlik edib özünü borclu çıxarır.

Onun çirkin oyunları son vaxtlar mətbuatda işıqlandırıldıqdan sonra faktlardan ancaq birinə reaksiya verdi . Guya AzTU-dan qovulanların siyahısında qeyri dəqiqlik vardır. Böyük ehtimalla sonradan hansısa düzəlişlər edilib, necə ki, eyni məsələ üçün gündə bir “komissiya” yaradır. Bir də o faktlardan ancaq birinin doğru olmadığını bildirdi, onda belə çıxır ki, qalan faktlar düzdür.

Bütün işləri kompleksləşdirmişdir və Unversitetə götürdüyü kadrların təhsildən xəbəri yoxdur. Onları zorla pedaqoq eləməyə çalışır, hansı ki, o adamlar adi sillabus hazırlaya bilmir, bir saat auditoriya təcrübələri yoxdur..."

DAVAMI VAR...

Geri qayıt