Əsas Səhifə > Manşet, Güney Press > Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN...

Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN...


Bu gün, 12:42
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN...
Paytaxt yollarında qarın təmizlənməsi üçün xadimələrdən, süpürgəçilərdən istifadə edilir. Bu faktları şəhərin müxtəlif ərazilərində görmək mümkündür. Əsasən də qadınların iş istismarına cəlb edilməsi diqqəti cəlb edir. Onların arasında orta və yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir. Bu da əmək hüquqlarının pozulması və onların qul kimi işlədilməsi deməkdir. Çünki yolların qardan təmizlənməsi üçün xüsusi texnika və avadanlıq alınıb. İşin hüququ tərəfi ilə yanaşı mənəvi aspekti də var - qadınları qarda-çovğunda küçədə işlətmək, qar təmizlətmək ayıbdır. Lakin bunu edənlər rayon icra hakimiyyətləridir.

Anaxeber.info son bir neçə gün ərzində bu mənzərənin Bakının hansı rayonlarında müşahidə edildiyini dəqiqləşdirib. Müşahidələrə görə, paytaxtın Nərimanov, Sabunçu, Suraxanı, Nizami rayonlarında qadınların qar təmizləmək işlərinə cəlb olunması hallarına, rast gəlinib. Eyni vəziyyət Yasamal, Binəqədi rayonlarında da qeydə alınıb. Bu rayonların icra başçıları, "JEK" müdirləri, vəzifəli şəxsləri isə həmin saatlarda isti kabinetlərdə, ya da qarlı havanın ləzzətini çıxarmaq üçün restoranlarda olublar.

Geri qayıt