Əsas Səhifə > Manşet, Gündəm > Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR...
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR...Bu gün, 08:34 |
![]() ""Kapital Bank" (BirBank)-la əlaqədardır şikayətim..." "DİA-AZ" xəbər verir ki, bu barədə Taleh Quliyev adlı sosial şəbəkə istifadəçisi giley edir. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Taksit kartında aylıq 50 azn ödəniş var. Mən heç vaxt gecikdirmirəm. O gün təcili pul lazım olub 100 azn götürdüm kartdan dedim sabah onsuz yerinə qoyaram. 100 azni yerinə qoydum bir də gördüm pul çıxıb 2 aylıq telefon puluna. Çata yazıram qaqaş eləbil robotdu. Standart baş qarışdıran cavablar verir. Zəng etdim deyirəm sizə kim icazə verir axı mənim taksit ösənişimi 2 ay qabağa edəsiz? Deyir borc varsa ödənməlidir də. (İş orasındadır ki, bu kart onsuzda borc kartı sayılır və mənə görə borc gecikdirdiyim məbləğ ola bilər. Əgər belədirsə nəyə görə aylara bölmə deyilən bir şey var?!) Deyirəm borc aylara bölünür ki, aylıq rahat ödəyəsən. O pulu kim icazə verdi sizə telefon ödənişinə tutasız? Deyir ardıcıllıq belədir. Deyirəm mən onu özüm atdım karta ki, götürdüyüm 100 manatı yerinə qoyum. Axır dedim pulu geri qaytarın karta, onu ödəyim, aylığı isə onsuz da hər ay gecikdirmədən ödəyirəm. Bir sözlə özbaşınalıq. Cavab "Mümkün deyil oldu". Mənə bu maddi olaraq təsir etmir amma, təsəvvür edin çaşıb birdən karta 500 manat atsaz pul gedəcək avtomatik borclara xəbərdar olunmadan. Nə qədər özümü ağıllı bilib bu kartdan ağıllı istifadə etməyə çalışsam da axırda mən də axmaq çıxdım..." Geri qayıt |