Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb...
Əsas Səhifə > Manşet, Sosial > KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb...

KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb...


Dünən, 09:24
KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb...
"Mən bir məlumat öyrənmək istyrəm... "Kapital bank"a kredit borcum var idi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Hüquqşünaslar" qrupundakı paylaşımında Murad Məmmədli adlı sosial şəbəkə istifadəçisi giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "Ödəyirdim... gec-tez... Sadəcə olaraq, mənim işlərim elə oldu ki ünvanlı sosial yardım hüququ qazandım və "Kapital Bank" mənim o kartımı hər ay mənfiyə salırdı...

Demək olar, pulu götürə bilmirdim... problemli kredit şöbəsində əməkdaş təklif elədi ki, gəlin bunu restruktizasiya edək və onda cıxılmayacaq. Borcu hər ay cədvəllə ödəyərsiniz... normal borc məndə 5022 manatdır... 60 aylıq 20 faizlə cədvəl açıldı... ayda 154 manat... kredit olub 9240 manat...

Mən bundan nece şikayət və ya təklif irəli sürə bilərəm ki, faiz azaldılsın. Və mənə onu təklif edəni şikayət edə bilərəmmi?"

Geri qayıt