Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Lənkəranda təhsil sistemimiz GÜL AÇIB...
Əsas Səhifə > Manşet, Cəmiyyət > Lənkəranda təhsil sistemimiz GÜL AÇIB...

Lənkəranda təhsil sistemimiz GÜL AÇIB...


Dünən, 11:14
Lənkəranda təhsil sistemimiz GÜL AÇIB...
Lənkəran-Astara Regional Təhsil İdarəsində qanunsuzluqlar davam edir. Bu qanunsuzluğa Lənkəran Dövlət Univeristeti də şərik çıxdı. Belə ki, Lənkəran şəhərində və bəzi kəndlərində müəllimlər magistraturaya əyani əsaslarla qəbul olunub. Həm məktəbdə dərslərini keçib, həm də əyani şəkildə magistraturada oxuyurlar. Bu nə dərəcə düzgündür?!
Bu müəllimlərdən biri də Günel Kazımovadır. Günel müəllim magistratura II kursda oxuyur və praktika üçün başqa məktəbə göndərilib. Bu isə müəllimin dərs dediyi məktəbdə öz öhdəliklərini yerinə yetirməyə mane olur.
Lənkəran Rayonu Ləj kəndi Natiq Aslanov adına tam orta məktəbin şagirdləri də Bilbacar layihəsinə qoşulmuşdur.
Bilbacar lahiyəsinə görə VIII, IX, X sinif şagirdlərinin hazırlaşması üçün bir neçə balaca planşet veriblər. Günel müəllim bu planşetləri uşaqlara verir. Uşaqlar youtube kanalında Bilbacara aid testləri işləyirlər. Amma Günel müəllim şagirdlərin çalışması, səhvlər üzərində işləməsi, bilmədiklərini başa salması kimi öhdəliklərini yerinə yetirmir. Uşaqlar sadəcə yutubkanaləna baxaraq öyrənə bilməzlər. Şagirdlərə izahat verilməli, səhvləri aradan qaldırılmalıdır. Madam ki, layihəyə qoşulub, demək ki, öz məsuliyyətini yerinə yetirməlidir. Amma Günel xanım əyani şəkildə magistraturada oxuduğundan LDU praktika üçün başqa məktəbə göndərdiyindən müəllim məcburən praktikaya gedir öz dərsləri isə qalır ortada. Üstəlik bu müəllimə sinif rəhbərliyi də verilir. Bir tərəfdən də stipendiya alır. Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Dövlət Univeristeti, Natiq Aslanov adına tam orta məktəbin direktoru bundan xəbərsizdimi? XEYR! Bəs belə bir qanunsuzluğa niyə göz yumurlar?! Qeyd edək ki, bu bir şəxs deyil. Sinif rəhbəri olan və olmayan bir çox müəllimlər hazırda LDU magistraturada əyani şəkildə oxuyur. Amma heç bir problem ə yoxdur. Bu qanunsuzluğa göz yumurlar. Görünür ki, ortaq şəkildə işlənilən qanunsuzluqdur.

tehsilmedia.az

Geri qayıt