Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > HAKİMİYYƏT VƏKİLLİK İNSTİTUTUNU NƏZARƏTƏ ALMAQ İSTƏYİR
Əsas Səhifə > Ölkə > HAKİMİYYƏT VƏKİLLİK İNSTİTUTUNU NƏZARƏTƏ ALMAQ İSTƏYİR

HAKİMİYYƏT VƏKİLLİK İNSTİTUTUNU NƏZARƏTƏ ALMAQ İSTƏYİR


16-11-2011, 12:03
HAKİMİYYƏT VƏKİLLİK İNSTİTUTUNU NƏZARƏTƏ ALMAQ İSTƏYİR

ARTIQ İNDİDƏN RƏY YARADILIR

“Vəkillərin sayının azlığı narahatedici faktdır. Amma bu bizim problem deyil. Yəni ali məktəblərin də iştirakı ilə problem araşdırılmalıdır. Çünki vəkilliyə qəbulla bağlı keçirilən imtahanlarda vəkil olmaq istəyənlərin nəticələri qənaətbəxş deyil”.

APA-nın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Azər Tağıyev “Azərbaycanda vəkillik institutunun daha da inkişaf etdirilməsi və məhkəməyə müraciət etmək imkanlarının səmərəliliyinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Vəkillər Kollegiyasının rəhbəri bildirib ki, vəkilliyə qəbulla bağlı hər hansı məhdudiyyət olmasa da, imtahanların nəticələri onları narahat edir:

“Ötən il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahandan sənəd verən 507 nəfərdən 77-si test imtahanı mərhələsindən keçə bilib. Bu il isə 605 nəfərdən 178-i birinci test mərhələsini adlaya bilib. Bu vəziyyətdə bizi düşündürür. Hesab edirəm ki, təhsil məsələsi də araşdırılmalıdır. Nəzərə alaq ki, test imtahanında suallar çox da ağır deyil”.
A. Tağıyev deyib ki, keyfiyyət olmadan kimlərinsə vəkil kimi işləməsinə imkan yaratmaq əlavə problemlər yarada bilər: “Bu da keyfiyyətin aşağı düşməsinə səbəb olacaq”.


Geri qayıt