Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Cəmiyyət, Manşet > SƏLİM MÜSLÜMOVUN RƏQƏMLƏRİNDƏ CİDDİ UYĞUNSUZLUQ
SƏLİM MÜSLÜMOVUN RƏQƏMLƏRİNDƏ CİDDİ UYĞUNSUZLUQ9-09-2013, 15:49 |
VƏ BU FAKT NƏZƏRDƏN YAYINMAYIB DİA.AZ: - «Bu günlərdə dövlət rəhbərliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümova qarşı sərt ittihamlar səsləndirilib». Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki mənbə ötürüb. Qaynaq iddia edir ki, Səlim Müslümovun rəhbərlik etdiyi idarənin bu ilin ilk 6 ayının hesabatında ciddi uyğunsuzluqlar aşkarlanıb: «Bundan sonra hesablama palatası tərəfindən DSMF rəhbərliyinə xəbərdarlıq edilib. Amma bu xəbərdarlığa məhəl qoyulmayıb. Ardından da HP dövlət rəhbərliyini məlumatlanjdırıb. Və bununla da məsələ böyüyüb». Mənbə iddia edir ki, DSMF-nin hesabatında büdcədən ayrılan vəsaitlə hesabatı verilən rəqəmlər arasında ciddi fərqlər meydana çıxmaqdadır: «Maraqlıdır ki, bu fakt hakimiyyətin bütün addımlarını titizcəsinə təqib edən müxalifyönümlü ekspertlərin də nəzərindən yayınıb». Mənbəyə görə, yaxın günlərə qədər davam edən gərginliyi DSMF şefi hələ də yroluna qoya bilməyib: «Hələlik onunla bağlı hansı qərarın verildiyi məlum deyil. Amma anlaşılanı odur ki, Səlim Müslümova qarşı hansısa addım atılacaq». Geri qayıt |