Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > ZƏLZƏLƏ ZAQATALADA DAĞINTI YARADIB
Əsas Səhifə > Hadisə > ZƏLZƏLƏ ZAQATALADA DAĞINTI YARADIB

ZƏLZƏLƏ ZAQATALADA DAĞINTI YARADIB


11-03-2012, 14:50
ZƏLZƏLƏ ZAQATALADA DAĞINTI YARADIB

AMMA NƏDƏNSƏ BU XƏBƏR RƏSMƏN VERİLMİR

Azərbaycanda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin verdiyi məlumata görə, zəlzələ martın 11-də saat 12.41 radələrində Zaqatala şəhərindən 6 km cənubda qeydə alınıb.

Episentrdə zəlzələnin dərinliyi 20 km, gücü 4-4,5 bal olub. Zəlzələ Zaqatala, Balakən, Qax və Şəki rayonlarının ərazisində hiss olunub.

“Tikililərdə dağıntı və insan itkisi yoxdur” deyilsə də, Zaqataladan gələ xəbərlərə görə, rayon mərkəzində iki köhnə tikili dağılıb və kənd orta məktəblərindən birinin divarları isə aralanıb.

Hətta DİA.AZ-a verilən məlumatda deyilir ki, həmin məktəbdə sabah dərslər təxirə salına bilər.


Geri qayıt