Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "BÜLLUR SARAYI" PARTLATMAQ İSTƏYİBLƏR
Əsas Səhifə > Gündəm, Manşet > "BÜLLUR SARAYI" PARTLATMAQ İSTƏYİBLƏR

"BÜLLUR SARAYI" PARTLATMAQ İSTƏYİBLƏR


7-04-2012, 12:14
"BÜLLUR SARAYI" PARTLATMAQ İSTƏYİBLƏR

GƏNCƏDƏ ZƏRƏRSİZLƏŞDİRİLƏN SİLAHLI DƏSTƏ İLƏ BAĞLI ŞOK İDDİALAR

DİA.AZ: - Dünən Gəncədə baş verən olayları bütün ölkə həyəcanla izlədi. Bildirək ki, redaksiyamıza MTN tərəfindən zərəsizləşdirilmiş dəstə ilə bağlı ilginc məlumatlar daxil olub.

DİA.AZ-ın hüquq-mühafizə orqanlarındakı qaynaqlardan aldığı məlumatlardan aydın olur ki, zərərsizləşidirilən vəhabi qrupu terror tədarükündə olub. Onların “Avroviziya-2012” mahnı yarışması zamanı Bakıda terror aktı həyata keçirmə niyyətində olmaları ilə bağlı MTN-ə məlumatlar daxil olubmuş.

Mənbəmiz iddia edir ki, bundan sonra Azərbaycanın bir neçə yerində əməliyyatların keçirilməsi yönündə hazırlıq tədbirləri görülüb. Və Gəncədə, Zaqatalada həyata keçirilən əməliyyatlar da bu qəbildəndir. Mənbəmiz onu da iddia edir ki, əməliyyatlar davam edəcək.

Məlumatlara görə, vəhabilərin planında xarici turstlərin qalacağı otellərin partladılması və “Avroviziya” yarışmasının keçiriləcəyi “Büllur Saray”ın havaya sovrulması da olub.

Geri qayıt