Əsas Səhifə > Reklam, Güney Press > "Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi
"Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdiDünən, 14:43 |
![]() Veysəloğlu Şirkətlər Qrupunda çalışan veteran və qazilər üçün növbəti seminar Mingəçevir regional filialında baş tutub. “Müharibənin həyatımızdakı izləri” adlı seminar “Sizə Minnətdarıq” layihəsi çərçivəsində təşkil olunan sayca onuncudur. Hummel Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Taryel Faziloğlu tərəfindən aparılan seminar zamanı postmüharibə travmalarının nəticələri və müharibə sindromunun aradan qaldırılması ilə bağlı müzakirələr baş tutub, həmçinin qazi və veteranların psixoloji vəziyyətinin yaxşılaşdırılması və normal həyat tərzinə qayıdış üçün dəstək məsələləri müzakirə olunub. Tədbirdə qalib Azərbaycan Ordusunda şücaətlə xidmət göstərmiş otuzdan çox veteran və qazi əməkdaş iştirak edib. Tədbirdə layihəyə rəhbəri, Şirkətlər Qrupunun İnsan Resursları Departamentinin rəhbəri, qazi Eldəniz Seyidov çıxış edərək seminarın əhəmiyyətindən, əməkdaşlara göstərilən davamlı diqqət və qayğıdan bəhs edib. Veysəloğlu Şirkətlər Qrupu göstərdiyi qayğı və dəstək ilə hər zaman qazilərimizin yanında olduğunu bəyan edir! ![]() ![]() Geri qayıt |