Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üst manşet, Güney Press > Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi
Təcili Yardımın TƏXİRƏSALINMAZ problemiBu gün, 08:19 |
"Gecə saat 3... Əlimiz heç yerə çatmadığından Təcili yardıma ehtiyac yaranıb. Çoxsaylı zənglərdən birinə cavab verən operator "Xırdalan üçün başqa nömrəni yığ" deyir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu paylaşımında tanınmış jurnalist Ruhiyyə Daşsalahlı qeyd edib. Başına gələnləri nəql edən jurnalist daha sonra əlavə edir: "012 342 11 28 və ya 070 342 11 28... Mobil nömrəyə bel bağladığımdan onu yığıram. Uğursuzluqla nəticələnir. Bu dəfə sabit telefon xəttini, yenə boşuna. Qayıdıb mobili yığıram. Bilmirəm neçəncisə cəhddə sakit səslə cavab verirlər. Sənin həyəcanından ordakının xəbəri yoxdur. Deyir, bu nömrənin 012 ilə olanını yığ. "Mobil telefona zorla cavab verirsiz, sabit telefona heç cavab verməyəcəklər", deyirəm, deyir sən yığ, cavab verəcəklər. Uzun-uzun arayışlardan sonra cavab verib ünvan, telefon götürür, axırda da, "sizdən əvvəl çağırışlar var. növbənizi gözləyin" deyib, telefonu asır. Axşamdan bəri düşməyən təzyiq bəlkə 1-2 saat da gözləyər. Düşünürəm ki, görəsən, ən təcilisindən, çox ağır olanından bir sağlıq problemimiz olsaydı, necə olardı VƏTƏNDAŞ olan bizim axırımız? Bəlkə TƏCİLİ YARDIM xidmətinin adındakı "TƏCİLİ" sözünü çıxaraq?!." Geri qayıt |